Şou-biznes

Mirkamil qızı olduğunu açıqladı: "Onu öldürməyi günah bildim"

13 Noyabr 2018 10:44
42 Şərh     Baxış: 14 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Mirkamil Kamilov bu dəfə övladı olması xəbəri ilə gündəmə gəlib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi 3 aylıq qızı olduğunu, onu hamıdan gizlətdiyini bildirib. Körpənin şəklini yayımlayan sənətçi bunları yazıb:

"Bu şəkli paylaşmaq borcumdur, xalqın övladıyam. Ağır xəstə vaxtlarımda öləcəyimi hiss etdiyimdən bu uşağı öldürməyi özümə ən ağır günah bildim və düşündüm ki, mən öldükdən sonra doğmalarıma məndən yadigar qalar. Amma gizlədirdim. 

Şükürlər olsun ki, Allah və qızım məni yenə də sizlərə qaytardı. Allah bütün olmayanlara nəsib etsin. Qızımın adını da sizlərlə bölüşürəm. Sayra üçüncü ayındadır. Bir az da böyüsün sizlərlə və Sayra ilə birgə dəniz kənarına gəzintiyə çıxarıq".

Qeyd edək ki, Mirkamil son günlər İnstaqram-dakı paylaşımlarla gündəmə gəlib. O, beyin xərçəngindən, narkotikdən əziyyət çəkdiyini açıqlayıb. İfaçı heç vaxt ailəli olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.