Şou-biznes

Mirkamil xəstəliyi haqqında faktlar açıqladı: “Həkim mənə 7 morfin iynəsi vurdu”

12 Noyabr 2018 14:51
33 Şərh     Baxış: 9 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mənə qarşı düşmənçiliklər səngimir. Dövlətimizdən, bütün prokurorluqdan, Daxili İşlər Nazirliyindən və bütün böyüklərimizdən xahiş edirəm ki, Şamaxıda doğulduğum xəstəxanada sənədlərim və arxivim araşdırılsın. Ciddiyəm. Bu düşmənçiliyin arxasında doğmalarım varsa belə, bağışlayıram. Bütün bacılara canım qurban, mən 3 bacı itirmişəm və bununla bağlı Şamaxı xəstəxanasından məlumat istəyirəm. Əgər bilə-bilə öldürüblərsə, yenə də Allah rizası üçün bağışlayıram. Amma bilim ki, niyə indiyə qədər mənə qarşı belə düşmənçiliklər ediblər".

Milli.Az publika-ya istinadən xəbər verir ki, bu sözləri son günlərdə sosial şəbəkələrdə qəribə statusları ilə diqqət çəkən müğənni Mirkamil Kamilov yazıb. Sənətçi daha sonra xəstəliyi haqqında dəhşətli faktların üstünü açıb. O bildirib ki, həkim ona narkotik asılılığı yaradan 7 morfin iynəsi vurub:

"2013-cü ildə İranda mənə 7 morfin vurulmağında kimlərin əli olduğunu dövlətimizdən araşdırmasını istəyirəm və xahiş edirəm. Çünki əməliyyatda olduğum vaxt iranlı bir biznesmen qiyməti aşağı salmağa gəlmişdi. O insan kim tərəfindən oraya göndərilmişdi, həkimlə nə danışığı olub ki, həkim mənə 17 min dollar endirim edib? Bildiyiniz kimi, İranda xarici vətəndaşlara üçqat qiymət oxunur. Xeyir ola ki, mən azərbaycanlı ola-ola həmin həkim biznesmenlə söhbətdən sonra bu qədər endirib edib. Tehranın mərkəzində yerləşən xəstəxananın adı Kesradidir. Xahiş edirəm ki, araşdırılsın görüm ölümümü hansı doğmam əyləncəli şəkildə seyr etmək niyyətində olub. Bəlkə də vaxtı ilə bacılarımı da xəstəxanada öldürtdürüblər. Arxiv araşdırılsa, cinayətin arxasında kimlər varsa, üzə çıxacaq. Xalqın içindən gəlmişəm, çobanam, amma bilmək istəyirəm ki, nə səbəbə ölümüm bu qədər macəralı olub o insanlara".

İfaçı daha sonra bildirib ki, onun səhhətinə zərər verənləri məhkəməyə verəcək:

"Demişdim ki, dəyən ziyanları çatdırın, çatdırsaydınız, bu söhbət bu qədər uzanmayacaqdı. İndi həmin insanların bank hesablarını donduracağam. Artıq film başladı. Həkimin adı Mandeqardidir, özü də farsdır. Demişdim ki, ölümünə də olsa, bu işin axırına çıxacağam. Bağışlayacam, amma hərənizə bir patron hədiyyəm olacaq. Bir çox cinayətlərin üstü açılacaq, xahiş edirəm ki, dəstək olun, görək bu vətən xainləri, satqınlar kimlərdir..."

Qeyd edək ki, "Xalq ulduzu" müsabiqəsi ilə populyarlaşan müğənni Mirkamil Kamilov gənc ifaçı "mirkamilofficial" adlı hesabında müxtəlif mövzularda - "vor"ların, siyasətçilərin, sənətçilərin fotolarını paylaşaraq şərh bildirir.

Mirkamilin hesabındakı qəribə paylaşımları sosial şəbəkə istifadəçilərini, pərəstişkarlarını narahat etməyə başlayıb. Onlar dəfələrlə postlara rəy yazaraq Kamilovun psixoloji problemlərinin olduğunu qeyd ediblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.