Şou-biznes

Aygün və Rəhim dinləyiciləri Bakı küçələrindən salamladı

8 Noyabr 2018 19:04
0 Şərh     Baxış: 1 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

6 noyabr Televiziya və Radio işçilərinin peşə bayramı münasibəti ilə Azad Azərbaycan 106.3 FM radiosu maraqlı yayım nümayiş etdirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Tıxacı tıxaca salırıq" şüarı ilə yayım avtomobillə həyata keçirilib. Belə ki, sözügedən tarixdə radionun proqramları paytaxt Bakının küçələrindən yayımlanıb. 

"Boomerang", "Dəbli şou", "Avtostop" verlişlərinin aparcıları öz dinləyicilərini Bakının küçə və prospektlərindən salamlayıb. Aparıcılar və texniki heyət radio tərəfindən bəzədilmiş xüsusi avtomobildə hərəkət edərək yayım həyata keçiriblər.

"Dəbli şou" verlişində xalq artisti Aygün Kazımova və müğənni Rəhim Rəhimli də iştirak ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.