Şou-biznes

“İstəyir ki, ona nifrət etsinlər...” - Mələkxanım Mirkamildən danışdı

8 Noyabr 2018 17:04
21 Şərh     Baxış: 9 465

"Mirkamili övladlarımdan seçməmişəm, onlardan artıq sevirəm.  Məktəbi bitirəndən bəri bütün dayağı mən olmuşam. Hər şey xalqın gözünün qarşısında olub.  Elə şeylər var ki, danışmaq olmur". 

Milli.Az xəbər verir ki, bu sözləri xalq artisti Mələkxanım Əyyubova "qafqazinfo"ya açıqlamasında bacısı oğlu, müğənni Mirkamil Kamilovun instaqramdakı qəribə paylaşımlarına münasibət bildirərkən deyib. Məşhur xanəndə Mirkamilin "Xalq ulduzu" yarışmasından sonra özünə qapandığını qeyd edib:

"Uşaqlıqdan Mirkamilin ürəyində azacıq problem var idi. Əvvəlcə, Bakıda Rəşad adlı həkimlə danışdıq, amma getmədi. Daha sonra İranla danışıqlar aparıldı və orada əməliyyat olundu. Nə dərəcədə doğru, düzgün edilməsi barədə məlumatsızam. Həmin dövrdə Amerikada idim, yanında Aybəniz xanım Haşımova olub.  4-5 il keçsə də, Mirkamil əməliyyatdan sonra çapalayır.  Elə bil ki, həyatından bezib. 

Yumoru olan bir gəncdir. Sosial şəbəkələrdə nəsə yazanda belə düşünürük ki,  zarafat edir, şou göstərir. Elə şeylər var ki, onu yumora da çevirmək olmaz. Çünki xalq onu çox sevir. Sadəcə olaraq Mirkamil "Xalq ulduzu"ndan sonra səhnədən qaçdı, çox sevgi, istək gördü və insanlardan uzaqlaşdı. Özünə qapandı, daha sonra ürəyi də belə oldu". 

Xalq artisti onun Mirkamilə dəstək olmadığını iddia edənlərə də cavab verib: "Mən onu hər dəfə efirə çağırıram, amma gəlmir. Deyir ki, xala, ürəyim ağrıyır, dözə bilmirəm.  Mən də məcbur razılaşırdım. Daha sonra efirə Ramalgillə (qardaşı oğlu, müğənni Ramal İsrafilov) çıxırdım. Hamı yazırdı ki, Mirkamili özünə yaxın buraxmadı. Hər şeyi danışmaq olmur. İnsanlara bir-bir yazım ki, səhhətində problem var".

M. Əyyubova deyir ki, ifaçı insanların gözündən düşmək üçün bilərəkdən belə edir: "4-5 ay olar ki, bizə gəldi. Ağlı başında, heç bir psixoloji problemi olmayan bir vəziyyətdə idi. Mənə dedi ki, xala, hərdən o qədər əsəb keçirirəm, istəyirəm ki, xalq məndən incisin, nifrət etsin və uzaqlaşsınlar. Bəlkə də, bu cəhətdən özünü belə aparır ki, insanlar ondan üz çevirsin. Bunu dəqiqliyi ilə mən açıqlaya bilməyəcəm. Bir onu bilirəm ki, Mirkamilin pis bir işi yoxdur. Onun problemi ürəyi ilə bağlıdır.  Heç kimə qulaq asmır! Olmaz belə...

Mirkamil özü-özünə qara yaxır ki, insanlar onu sevməsin. O deyir ki, özümü elə aparıram ki, hamı düşünsün ki, dəli olub. Nə bilirəmsə, sizə onu deyirəm.  Məni qınamasınlar, Mirkamil özü bizdən uzaqlaşır. Evimdə olanda ürəyinin üstünə yumruqlar vurdu, dedi ki, xala, dözə bilmirəm (ağlayır). Allah eləməsin, ona bir şey olsa, heç kim onun üçün ağlamasın deyə belə edir.  Allaha and olsun, o, ürəyini məndən başqa heç kimə açmır. Nə deyəcəyimi bilmirəm".

Milli.Az

loading...

Şərh yaz:

21 Şərh:

  • Anonim
    ƏSİ. · 8 Noyabr 17:10260

    Çox pis oldum.Tanrı köməyi olsun.Çətindir:(((

    Cavab yaz
  • Anonim
    Nurka · 8 Noyabr 17:14210

    Allah komeyi olsun

    Cavab yaz
  • Anonim
    Samire · 8 Noyabr 17:161528

    Mirkamil kimdi axi ona nifret de olunsun. Guya ki müğennidi. Amma ne sesinden xeberinimiz var, ne de mahnilarini bilirem.Gah restaranda zeherlenir, Gah camaati hedeleyir.Ucuz reklamdan başqa elinden geldiyi ne ise var bunun?? Vallah heç maraqli deyil insanlara bu.Özü özünü aldatmasin.

    Cavab yaz
  • Anonim
    6 hiss · 8 Noyabr 17:21260

    Can ay bala menim de ureyim agridi Allah senin cavan canina qiymasin amma ozune nifret qazanma qoy seni sevenler sene dua etsinler sen ulduz yarismasinda nece gozel oxuyub oynayirdin ozun ozunun hekimi ol ozune qapanma cemiyyet icinde cox ol unsiyyeti coxalt her kesin uguruna sevin qara qüveleri ozunden uzaqlasdir Allaha ibadet eyle ele gozel olacaqsanki!

    Cavab yaz
  • Anonim
    ❤❤ .. Emma ..❤❤ · 8 Noyabr 17:22173

    Allah komeyi olsun..Bes bu Dunya ulduzlarini Mirkamilden coxx sevenleri var...Bes bunda olar qeder olsa neyniyecek bele olmaz...Sozun duzunu demek daha yaxsi...Axe yeterince sevilmirsen....Sehetine fikir ver...Allah sefa versin...

    Cavab yaz
  • Anonim
    QQ · 8 Noyabr 17:44181

    Mın Mələkxanım xanımı başa düşürəm .Özünə qapanan övladı heç kim yola gətirə bilmir.Dərdi nədirsə onu da açiqlamır.Özüylə birlikdə ara, ana, bacı ,qardaş , xala ,bibini də bədbəxt eləyir.Hamı onun dərdini çəkir .Ona görə deyiblər eee agıllı olub dərd çəkənəcən ,dəli ol dərdini çəksinlər .Məncə bu bədniyabətlikdir .Neybət adam baş yeməsə özünə gəlməz.

    Cavab yaz
  • Anonim
    Anonim · 8 Noyabr 18:06127

    Hec inanmiram senin sozlerine ay Melekxanim .Isteyirem amma inana bilmirem.Ne qeder prsixi durumu ve ya bawqa sebebleri olan adam olsa bele onu bawa duwe ve anlaya derecede yanawzas o bele olmazdi Yalandan basib baglama.

    Cavab yaz
    • Anonim
      Neyləsin yazıq xala · 8 Noyabr 18:1383

      Necə desin ki, hal - qəziyyə budu (((

      Cavab yaz
  • Anonim
    xx · 8 Noyabr 18:36150

    Allah köməyi olsun.Ağır bir xəstəliyin əlamətidir.Allahım heç bir valideyni belə bir sınağa çəkməsin.Güclü olmaq lazımdır.Bu xəstəliyi indiki dövrdə müalicəylə nəzarətdə saxlamaq olur.

    Cavab yaz
    • Anonim
      a · 8 Noyabr 19:19220

      Xala bibi ucuncu derecelidi Mirkamilin anasi var atasi var ne duwmusuz Meleyxanimin ustune özuvuzu qoyun Meleyxanimin yerine meger baci ogluna qardaw ogluna neise deye bilirik yaxwiligina deyirsen ele bozarirlar ustumuze ki adam pewman olur sonrada deyirik özun bil qinananda biz bibiler xalalar oluruq ((((Allah wefa versin

      Cavab yaz
  • Anonim
    Anonim · 8 Noyabr 19:04104

    Bu tipik narkoman veziyyetidir. Gah ozune gapanir, gah depressiyaya dushur, gah senicli olur. Harkotikin tesiridir. onu mualice edin Melek xanim.

    Cavab yaz
  • Anonim
    Mr.PerfecT · 8 Noyabr 19:2948

    Mavi Balinanin zibilleridi ;)) yeqin Mikide o oyunu oynuyurmuw))

    Cavab yaz
  • Anonim
    Əsranur · 8 Noyabr 19:57113

    Mən ancaq psixoloji problem görürəm.Xalqın nifrətini qazanmağa bu qədər cəhd etməkdənsə,ürəyinin müalicəsinə zaman ayırsın.Həm,xalqın sevgisi nətə deyirki?-Sanki,Cimidir,evdən bayıra fanat qızların əlindən çıxa bilmir...

    Cavab yaz
  • Anonim
    Samire · 8 Noyabr 20:1627

    Sen dislayklarinla özüvü niye bele öldürürsen ay bedbext xeste? moder şerhimi verin.

    Cavab yaz
  • Anonim
    Samire · 8 Noyabr 20:4426

    Her bir dislaykinla özüvü gör nece aşağilayirsan şexsiyyetsiz heyasiz.

    Cavab yaz
  • Anonim
    IMF · 8 Noyabr 21:4270

    Musahibede men bir mentiq ve mena gormedim.Bunu xalq sevir,buda ozune qapanir.Nese gizledir mence.

    Cavab yaz
    • Anonim
      6 hiss · 8 Noyabr 21:5031

      Oz derdimi kenara qoyub Mirkamilin derdin fikirlesirem deyirem belke Melekxanimin qizini isteyir o da vermir Mirkamilde bu veziyyete dusub insan sevgisi ugursuz olanda bele hallar yasayir

      Cavab yaz
      • Anonim
        6-ciya · 9 Noyabr 14:3410

        Xalq ulduzundan Mirkamil Gulayla bir-birilerini sevirdi.Sonra ortaliqa Kamil girdi,tebii ki,Gulay da pulludu deyib onu secdi ve Mirini atdi.O vaxtdan bu uwaq bedbinlewdi.Qaldi meleye o cox,eqoist xanimdir,o uwaqlara hec vaxt tolcok vermeyib.

        Cavab yaz
  • Anonim
    Zəhra · 9 Noyabr 14:0000

    Allah şəfa versin.Nə müsibətdisə çox adam mübtəla olub bu dərdə..

    Cavab yaz
  • Anonim
    GULNARA · 9 Noyabr 14:0430

    bilmirem ne bas verir,amma cani aqrimaq dоzulmezdir belke xesтeliуi ile barismir,fikirlesdikce insana kin,оzune qapanir,xesтeliуi ile barismir,her seуin,arzularinin biтdiуini hesab edir,hec kes siqоrтalanmaуib, basina ne geleceуinide bilmir.cоx arzularini deуirdi,heттa aтasina masin almaqi dusunurdu, Rebbim sene kоmek оlsun,

    Cavab yaz
  • Anonim
    Muhammed · 11 Noyabr 18:2300

    ALLAH SEFA VERSİN NE DEYEK

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.