Şou-biznes

Övladını mediadan gizlədən məşhurlar - SİYAHI - FOTO

9 Noyabr 2018 02:01
7 Şərh     Baxış: 3 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şou-biznes nümayəndələrinin bir çoxu tez-tez övladı ilə  fotolar paylaşır, tədbirlərə və fotokameralar qarşısına uşaqları ilə keçir. Amma onlardan bəziləri var ki, nəinki övladının şəklini yayımlamaq, heç onun varlığından belə danışmağı sevmirlər. 

Milli.Az axşam.az-a istinadən övladını gizlədən tanınmışların siyahısını təqdim edir:

Xalq artisti Faiq Ağayevin illər əvvəl bir oğlu olduğu ortaya çıxıb. Müğənni övladı ilə bağlı suallara belə "Keçək növbəti suala" cavabını verir.

Əməkdar artist Abbas Bağırovun ilk evliliyindən bir qız övladı var. Abbas heç vaxt övladı haqda danışmır və onun fotoları heç vaxt mediada yayılmayıb. İfaçı ikinci dəfə ailə qurub və bir neçə ay bundan əvvəl onun oğlu dünyaya gəlib. 

Əməkdar artist Xumar Qədimova da bir oğul anasıdır. Qədimova heç vaxt övladının üzünü göstərməyib. O, evində çəkilişlər etdiyi vaxt belə, oğlunu gizlətməyib. Müğənni övladının da efirlərə çıxmaq istəmədiyini bildirib.

Meyxanaçı Namiq Qaraçuxurlunun iki yaşında qız övladı var. Namiq həyat yoldaşını olduğu kimi qızının da görüntüsünü gizlədir. 

Müğənni Xatun Əliyevanın universitetdə təhsil alan oğul övladı var. Xatun bu günə qədər heç vaxt övladının üzünü göstərməyib. O, hətta oğlunun haqqında danışmağı sevmir. İfaçı bildirib ki, oğlu ona bunla bağlı qadağa qoyub.

Əməkdar artist Coşqun Rəhimov da hər zaman övladlarının üzünü mediadan gizlədib. Hətta aktyor qızının toyunda şəkillərin yayılmasına qarşı olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.