Şou-biznes

“Mən özümə alçaqlıq sayaram ki, ...” - Əməkdar artist efirdə OD PÜSKÜRDÜ - VİDEO - FOTO

7 Noyabr 2018 15:31
6 Şərh     Baxış: 8 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı əməkdar artist Nahidə Orucova olub. 

Milli.Az xəbər verir ki, mərhum xalq artisti Nuriyyə Əhmədovanın bacısı Sevil Mikayılovanın, Nahidə Orucovaya ünvanladığı sözlər əməkdar artisti özündən çıxarıb:

"Mən ona ev vermişəm deməmişəm. Nuriyyə xanım, sadəcə, mənim yanımda qalanda sakit olurdu. Ona görə, illər boyu mənim evimdə qalıb. Mən harda yaşamışamsa, o, hər dəfəsində həftələrlə, aylarla mənim yanımda qalırdı. Mənim yanıma gəlin və mənimlə üz-üzə bu söhbəti edin. Siz orada niyə arxamca danışırsız? Düzgün deyil. Mənim yaşım çatmır sizə nəsə deyim. Mən özümə alçaqlıq sayaram ki, özümnən böyüyə söz deyərəm.

Xahiş edirəm, danışığınızı bilin. Mən bacıma demədiyim sözləri, oturub Nuriyyə xanıma demişəm. Mən heç vaxt "Nuriyyə gəlib mənim evimdə qalıb" demərəm. Həmişə demişəm, mənim yanımda qalıb. Onun borcundan mənim xəbərim var idi. Mən hətta o borcu sizdən istəməmişəm. Borcu özüm həll etdim".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.