Şou-biznes

“Maşın” şounun yeni mövsümdə iştirakçıları bəllidir

7 Noyabr 2018 14:12
6 Şərh     Baxış: 7 383

Azərbaycanın ən reytinqli şousu - "Maşın" ekranlara qayıdır. "Maşın" şou dekabr ayında ATV-də öz tamaşaçılarına möhtəşəm efir həyəcanı yaşadacaq. 18 gün davam edəcək mübarizə və həyəcan dolu günlər soyuq qış günlərini xeyli hərarətləndirəcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "M Group Production"ın Mətbuat Xidmətindən aldığımız xəbərə görə, artıq "Maşın" realiti şounun iştirakçı heyətinin ilkin siyahısı hazırdır. İştirakçıların hər biri tanınan, sevilib-seçilən məşhurlardan ibarət olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da...

"Maşın"ın sayca 17-ci sürəti olan budəfəki layihədə hamını sürprizlərlə dolu bir həyəcan gözləyir. "MGP"nin verdiyi məlumata görə Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan "Maşın"ın budəfəki konsepsiyası da artıq hazırdır. Həmçinin layihənin anonsu da hazırlanır. Bu ayın sonuna kimi efirə çıxacaq anonsu görən izləyicilər əslində "Maşın"ın yeni mövzusunun nədən ibarət olacağını anlaya biləcəklər. Şounun tizeri isə artıq yayıma buraxılıb.

Onu da vurğulayaq ki, "Maşın" şounun müəllif hüquqlarının sahibi olan "MGP" özünün 15 illik yubileyini və Azərbaycanlıların Həmrəylik Gününü, həmçinin Yeni il bayramını da xüsusi formada qeyd etmək üçün maraqlı ideyalar düşünüb.

"Maşın"ın yaradıcı heyəti iştirakçıların asudə vaxtlarını maraqlı keçirmələri üçün gündəlik proqramlar düşünüb hazırlamağa davam edir. Bir sözlə, "MGP"nin ofisində gərgin iş rejimi, gündəlik toplantılar ciddi şəkildə davam edir.

Beləliklə, "Maşın" realiti şou 17-ci sürəti ilə yenə də reytinqləri alt-üst etməyə gəlir...

Milli.Az 

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Əsranur · 7 Noyabr 14:13113

    Yenə də camaatı qısqırdacaqlar bir-birinə.

    Cavab yaz
  • Anonim
    Предсмертное желание · 7 Noyabr 14:15113

    Baci qardash indi hami deyecek bir birine )))

    Cavab yaz
  • Anonim
    IMF · 7 Noyabr 19:0422

    Hirraxana bashlayacaq

    Cavab yaz
    • Anonim
      Ayyy oldum · 7 Noyabr 19:5513

      )))))))))))))))

      Cavab yaz
  • Anonim
    X-men · 7 Noyabr 20:5301

    Goresen iwtirakcilara oz adamlarindan bawqa ses gonderen var? Inanmiram. Ona gore ki ora ses gonderen olsaydi iwtirakcilari sade insanlardan secerdiler.

    Cavab yaz
  • Anonim
    DAVİD · 8 Noyabr 14:1900

    işdirakçılar melumdu deyirdiz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.