Şou-biznes

Müğənnilərimizin bir araya toplaşmaqda məqsədləri nədir? - FOTO

21 Sentyabr 2011 16:33
0 Şərh     Baxış: 365
Müğənnilərimiz həqiqi musiqini nümayiş etdirəcəklər. Milli.Az xəbər portalının verdiyi məlumata görə, müğənnilər oktyabrın 3-də "Real Songs" adlı konsert proqramı ilə çıxış edəcəklər.

Konsertdə müğənnilər Adil Baxışlı, Ülvi Rəşidov, Aynişan Quliyeva, Günay İbrahimli, İlhamə Qasımova, Elnur Hüseynov (Eurovision 2008), Elyanə Əhmədova, Aygün İsmayılova, Roza Zərgərli, Azad Şabanov, Fərid Həsənov, Aytac Vəliyeva, Sadıx Ağamalıyev, Nika Babayeva, Günay Əhmədova, o cümlədən, DJ PROGRESS və DJ AYZK iştirak edəcəklər.

Konsertin aparıcısı Kamran Quliyev olacaq. Məlumat üçün bildirək ki, K.Quliyev "Eurovision Azerbaijan 2010-2011" milli seçim turunun aparıcılarından biri olub.

Təşkilatçıların Milli.Az xəbər portalına verdiyi məlumata görə, bu cür konsert proqramını keçirməkdə məqsəd, gənc ifaçılara dəstək olmaq, milli və dünya estrada musiqisini yüksək səviyyədə təqdim etməkdən ibarətdir.

"Real Songs" adlı konsert proqramı oktyabrın 3-də saat 18.00-da "METKARTING" istirahət və əyləncə mərkəzində gerçəkləşəcək.

Qeyd edək ki, "Real Songs" adlı konsert proqramının informasiya dəstəyi Milli.Az və

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.