Şou-biznes

Oğlunu itirən əməkdar artist canlı efirdə HÖNKÜR-HÖNKÜR AĞLADI

23 Oktyabr 2018 22:37
9 Şərh     Baxış: 14 299
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanov "Hər şey daxil" verilişinin qonağı olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aktyor xanəndələr Mirələm Mirələmovla Kamilə Nəbiyevanın canlı ifası zamanı göz yaşlarını saxlaya bilməyib. Ağlayan aktyora prodüser Tolik dəstək olub.

Qeyd edək ki, Rəhman Rəhmanov uzun illər öncə oğlunu itirib. Aktyor oğlunun ölümündən danışarkən bu sözləri demişdi: "Oğlumun faciəvi ölümünə pis oldum. Onun ölümündən sonra xəstəliyə tutuldum. Şəkər xəstəsi oldum.

Oğlum çox gözəl müğənni idi. Evləndirmişdim, gözəl ailəsi var idi. Ev tikdirirdik, ikinci mərtəbəsi qurulurdu. Evin içindən pilləkən qaldırıldı. Yerdən 3 metr məsafədə idi. Oğlum o pilləkəndən yıxılıb, başına daş batdı. Daş düz şah damarını kəsdi. heç cür biz onu xilas edə bilmədik. Həyatımın ən çətin dövrü bu idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.