Şou-biznes

Verilişi bağlanan Mehriban sarsıntı keçirdi: “Qəbrimi qazın”

23 Oktyabr 2018 15:46
33 Şərh     Baxış: 14 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-də əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi "Canım sizə desin" adlı proqram yayımını dayandırıb.

Milli.Az xəbər verir ki, yenicag-a açıqlama verən aktrisa bu səbəbdən sarsıntı keçirdiyini bildirib:

"Əsəbdən partlayıram. Bilmirəm, bunlar məndən nə istəyir. Şou veriliş idi, formata uyğun hərəkət etmişəm. Məni o həddə çatdırıblar ki, canım qədər sevdiyim Azərbaycandan getmək istəyirəm. Küçədə üzümə söz deyə bilməyən insanlar arxamca ağızlarına gələni danışıb, təhqirlər səsləndirirlər. "Təhminə və Zaur" serialında çəkilirəm. Belə çıxır ki, orada dodağım kişinin dodağına dəysə, bu camaat məni topa tutar ki, mentalitet var. Axı mən aktrisayam. Niyə çörəyə bais olurlar? Onda qazın qəbrimi, məni diri-diri basdırın".

Qeyd edək ki, sözügedən verilişin bağlanması xəbərini qafqazinfo saytı yayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.