Şou-biznes

"Mehriban Xanlarova ona görə mənə qoşuldu" - "Azəri Vandam" SİRLƏRİ AÇDI - VİDEO - FOTO

24 Oktyabr 2018 02:30
14 Şərh     Baxış: 18 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "ölkə.az"-a istinadən müsahibəni təqdim edir.

- Bir neçə gündür ki, Bakıdasınız. Burada nəş işlə məşğulsunuz?

- Bizi Bakıya qonaq çağırıblar. Çox yerlərə dəvət etdilər, hamısında da çox gözəl qarşıladılar. Həm şəhəri gəzdik, həm də reklam çəkdik.

- Bakıya birinci dəfə gəlirdiniz?

- Bakıda ilk dəfə bir həftə əvvəl gəlmişdim. Onda sosial şəbəkədəki səhifəmizdə problem yarandığı üçün gəlmişdik. Bakıya məni menecerim Əfəndi Şabanov gətirib, Azərbaycan xalqına da bu oğlan tanıtdırıb. Xalq məndən əvvəl Əfəndiyə təşəkkür etməlidir.

- Videoları çəkmək ideyası haradan yarandı?

- Vandamın kinolarına çox baxırdım, həvəsim də var. Menecerim mənə dedi ki, gəl videolarını çəkim, Azərbaycan səni tanısın, çörəkpulu qazanasan. Ondan sonra başldıq və bura qədər gəlib çıxdıq. Bakıda avtosalonların, telefon mağazalarının reklamlarına çəkildim.

- Hər reklam üçün nə qədər qonorar alırsınız?

- Reklama 200-250 manata çəkilirəm.

- Gələcəkdə qiyməti qaldırmaq fikriniz varmı?

- Tanındıqca reklam qiymətini də qaldıracağam. 

(Söhbətin bu yerində bəzi suallarımızı "Azəri Vandam"ın meneceri Əfəndi Şabanov cavablandırır)

- Ruslan desə ki, başqa menecerlə çalışmaq istəyirəm, necə olacaq? Yəni, hansısa formada rəsmi razılaşmanız var?

- O Ruslanın insafına qalıb.

- Xeyr, mən heç vaxt Əfəndini atmaram. Məni Azərbaycan xalqına tanıtdıran bu oğlandır. Hətta həqiqi Vandam da gəlib məni filmə çəkmək istəsə, Əfəndi olmasa getmərəm. 

Videonu izləmək üçün şəklə klikləyin:

- Bakıda döyülməyiniz barədə şayiələr dolaşır...

- Məni Bakıda döyməyiblər, hər yerdə hörmətlə yanaşıblar. Allah canlarını sağ eləsin. 

- Yolda, küçədə tanıyanda reaksiyaları necə olur? 

- Sözün açığı, Ruslanı şəhərdə gəzdirə bilmirəm, hər yerdə tanıyırlar, yaxınlaşıb şəkil çəkdirirlər. Bizə xarici ölkələrdən, bölgələrimizdən çox zənglər, mesajlar gəlir.

- Mən kasıb oğlanam, pul qazanmaq istəyirəm. Sadəcə, bəziləri imkan vermirlər. Haqqımda söz-söhbətlər yayırlar. Sifətimə diqqətlə baxsanız, görərsiniz ki, üz sinirimin bir tərəfi iflic olub. Bu da Allahın bildiyi məsləhətdir. Uşaq vaxt çörəkpulu qazanmağa getmişdim. Qəfil itlər üstümə cumdu, qorxdum və başım hərləndi. Sonra həkimə getdim və məlum oldu ki, üzümün bir tərəfi iflic olub. Bu hadisə çörəkpulu qazananda olub. Oğurluq edəsi deyildim ki.

- Sosial şəbəkələrdə sizə lağ edirlər, qeyri-ciddi yanaşırlar.

- Mənə hörmət edənə mən də hörmət edirəm. Kim hörmət etmirsə, özü bilər. İbadət edirəm, hər sözə görə əsəbləşmirəm. İstəyirəm ki, mən sevənlər necə oğlan olduğumu da bilsinlər. Allahın buyurduğu yolla gedirəm. Bu işlə də axıra qədər məşğul olacağam. 

- Bakıda hansı məşhurlarla bir filmdə rol almaq istərdiniz?

- Vandamın özünü görmək istəyirdim. Kənan M.M-lə, Xatirə İslamla, Manaf Ağayevlə çəkilişlər etmək istərdim. 

- Sizə kim deyib ki, Vandam Bakıda yaşayır?

- Onun fanatıyam. İstərdim ki, bəzi hərəkətləri özü mənə öyrətsin. Bu gün gəlib Amerikaya aparmaq istəsə, menecerimi də götürüb gedəcəyəm.

- Zaqatalada reklama çəkilirsiniz?

-Təkliflər olur.

- Mehriban Xanlarovayla ünsiyyətiniz davam edir?

- Bizi çox yaxşı qarşıladı, hörmətlə yanaşdı və dedi ki, nə zaman Bakıya gəlsən, qonağım ola bilərsən.

- Sizi verilişə çağırdığına görə onu xeyli tənqid etdilər...

- O şoudur. Gördü ki, kasıb oğlanam, iflic olmuşam və buna görə mənimlə çox səmimi davrandı ki, ürəyim açılsın. Qəlbimi sındırmaq istəmədi. Ona da təşəkkürümü bildirirəm. 

- Vandamın hərəkətlərini göstərəndə rus kəlmələrindən də istifadə edirsiniz. Yəqin ki, rusdillisiniz...

- O sözləri filmlərdən götürmüşəm. Bütün filmlərini çox bəyənirəm. 

- Verilişdə Mehriban xanımla göstərdiyiniz şounu öncədən məşq etmişdiniz?

- Xeyr, məşq etməmişdik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.