Şou-biznes

"Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Alim Qasımov da xaric oxuyub" - VİDEO

23 Oktyabr 2018 17:14
14 Şərh     Baxış: 5 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Cavanşir Məmmədov "Lider" telekanalında aşıq Namiq Fərhadoğlunun aparıcılığıyla yayımlanan verilişdə çətin anlar yaşayıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, canlı efirdə sənətçinin səsi tutulub. C.Məmmədovun bu ifası sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əməkdar artist sözügedən ifayla bağlı əməkdaşımızla söhbətində bildirib ki, ən ustad sənətkarların da səsinin büdrədiyi vaxtlar olub:

"Orada məni oxumağa dəvət etdilər. Qalxmasaydım, oxumaqdan qorxmaq kimi çıxırdı. Halbuki qrip olduğuma görə danışa da bilmirdim. Müğənni həmişə canlı oxuyursa, səsi yerində ola da bilər, olmaya da. Qız da öz səs tonallığından oxuyurdu. Kişi və qadın tonallığı fərqlidir. Həmişə bülbül kimi ötə bilmərəm. Müğənni xəstə də ola bilər, səs tellərində problem də yaranar. Həmin verilişdə oxumasaydım, bu, söz-söhbət də olmazdı. Oxumuşam, yaxşı da oxumuşam. Xəstə də olsan, sağlam da canlı oxumaq lazımdır. Adam həmişə yaxşı oxumur ki! Məsələn, kimsə danışır ki, dünən Gəncə şəhərindən qatara mindim, ııı, aaa Bakıya gəldim. İnsanın adi danışığında da qüsurlar olur. Yaxşı oxuyan həmişə yaxşı oxuya bilməz. Bu aksiomdur. Qorxaq oxuyan çərçivədən çıxa bilmədiyi üçün pis oxumur. Mənə deyən yox idi ki, qadının səs tonallığından sol notundan oxu. Qırx beş ildə yaxşı da oxumuşam, pis də. İndiyə qədər mən, yaxud başqa sənət yoldaşım oxuyanda kim deyib ki, filankəslər yaxşı oxudu. Biz belə millətik. Bir balaca səsdə problem olanda dərhal söz eləyirlər. O gün Alim Qasımov dedi ki, İranda qastroldaydıq, xəstələndim, bütün konserti qızım Fərqanə oxudu. Efirə də xəstə vəziyyətdə gəlmişdi. Yeri gələndə Seyid Şuşinskinin də, Xan əminin, Cabbar Qaryağdıoğlunun, Tələt Qasımovun, Razi Şükürovun, Alim Qasımovun, Hacıbaba Hüseynovun, Sabir Mirzəyevin, Süleyman Abdullayevin də səsində problem yaranıb, xaric oxuyublar. Amma bu, o demək deyil ki, onlar hər zaman xaric oxuyublar. Yəni, hər bir sənətkarın ifasında belə halların yaranması mümkündür və qaçılmazdır". 

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.