Şou-biznes

Tünzalənin "Şərhsiz" gecəsi baş tutdu

21 Oktyabr 2018 12:17
0 Şərh     Baxış: 2 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Tünzalə Ağayevanın "Bakı Konqrens Hall"da "Şərhsiz" adlı konserti baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, konsert bir saat gec başlayıb. Müğənni 1 saatdan sonra səhnəyə çıxaraq tamaşaçıları salamlayıb. 

Tünzalə ilk olaraq "Bir də baxım" adlı mahnısını səsləndirib. Sənətçini "Hicaz" qrupu müşayiət edib. Onun ifa etdiyi növbəti mahnı isə "Bəhanə gəzirəm" olub. Mahnıları ilə yanaşı ifaçı gecədə izləyicilərlə səmimi söhbətləriylə də yadda qalıb. 

T.Ağayeva "Qoşa qanad" mahnısını təqdim edərkən, bu yaxınlarda dünyasını dəyişən atasından söz açıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.