Şou-biznes

"Gərək "Uşağının atası kimdir" sualını verəndə mikrofonu başına çırpardım"

20 Oktyabr 2018 12:23
15 Şərh     Baxış: 19 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Günel Ələkbərovanın aparıcı Zaur Kamalla küsülü olduğu ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda sənətçi sosial şəbəkədə yazıb. Zaurun "5/5" proqramında rəqqasə Oksana Rəsulovaya övladının soyadını və atasının adını soruşduğu görüntü sosial şəbəkədə paylaşılıb. Günel isə videoya şərh yazaraq, Zaurun bu addımına əsəbiləşdiyini söyləyib:

"Adama deyərlər sənə nə? Hansı amil səni məcbur edir ki, camaatın uşağının atasının kim olduğunu soruşursan? Səndən ailəni soruşan var? Bəsdir, başını başqasının həyatına soxdun. Oksana yeni ana olub. Əsas yaxınları, doğmaları bilir ki, atası kimdir. Reytinqini başqa şeylə tut. İnsanların şəxsi həyatına qarışma. Yoxsa mənim uşağımın atası kimi studiyaya gələr. Gərək onda mənə də "Uşağının atası kimdir" sualını verəndə mikrofonu başına çırpardım".

Oksana isə Günelin şərhinə "Tərbiyyə başqa şeydir" cavabını yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.