Şou-biznes

Xalq artistindən həmkarlarına SƏRT İRAD: "Mən Qarabağ faciəsindən sonra..."

19 Oktyabr 2018 14:58
3 Şərh     Baxış: 3 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəsimi Adına Dilçilik İnstitutu musiqi ifaçıları və ədəbi dil normasının gözlənilməsi ilə bağlı apardığı monitorinqlərin nəticələrini açıqlayıb.

Milli.Az publika-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən institut direktoru Möhsün Nağısoylu Azərbaycan dilinin dünya dilləri arasındakı yerindən danışıb: "Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Parlamentin ikinci qərarı dillə bağlı olub. Ulu öndər Heydər Əliyevin hər iki hakimiyyəti dövründə Azərbaycan dilinə böyük önəm verib. Bu gün də dilimizin qorunması ilə bağlı dövlət proqramları qəbul edilir. Təəssüf ki, bəzən həmin normalar bir çox sahələrdə pozulur. Eləcə də, bu gün musiqi ifaçıları tərəfindən ədəbi dil normalarının pozulması hallarına rast gəlinir. Bu bizim ustad sənətkarlara aid deyil. Əsasən də, meyxanaçıların dilində rus dilli sözlərə rast gəlinir".

Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva şöbənin əsas işinin bütün sahələrdə Azərbaycan dilinin qaydalarının qorunması olduğunu deyib: "Musiqi ölkəmizi dünya səviyyəsində təmsil etdiyindən onlar ifadələrində ikiqat məsuliyyət daşıyır. Məhz bu səbəbdən şöbəmiz musiqiçilərin dilinin monitorinqini aparmağa qərar verdi".

Tədbirdə çıxış edən Xalq artisti Mənsum İbrahimov bildirib ki, müəllim olsa da, dil haqqında mütəxəssis rəyinə ehtiyacı var: "Bədii ədəbiyyat insanın formalaşmasında böyük əhəmiyyət kəsb edir. Bu gün özəl telekanalların sayı artır, lakin bəzən qeyri-peşəkarların çalışması, xarici sözlərin işlədilməsi bizi narahat edir. Əvvəl efirdəki ifadə səhvinə Bəstəkarlar İttifaqının sədri fikirlərini bildirirdi. İndi heç kim efirdəki səhvlərə reaksiya vermək istəmir. Bu da yanlışlıqların sayını artırır. Təklif edirəm ki, Milli Konservatoriyada belə tədbir keçirilsin, Dilçilik İnstitutunun əməkdaşları yeni ifaçılarımıza dil qaydalarını öyrətsin. Gənc ifaçıların bu cür dərslərə ehtiyacı var".

Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva musiqiçilərin dilinin ədəbi dilə təsirini nəzərə alaraq belə bir monitorinq apardıqlarını deyib: "Bu vaxta qədər dilin tətbiq edildiyi sahənin ədəbi dilə təsir imkanları nəzərə alınaraq əsasən aparıcıların dili üzərində monitorinq aparılırdı. Çünki bu gün ədəbi dilin əsasında publisistik üslub dayanır. Lakin inkaredilməz faktdır ki, folklor nəğmələrindən bugünkü mürəkkəb musiqi janrlarına qədər mahnılar ədəbi dilə təsir göstərib. Buna görə də ifaçıların ədəbi dil monitorinqlərini aparmağa qərar verdik".

Tədbirdə çıxış edən Xalq artisti Flora Kərimova bu gün musiqinin, dilin reytinqə qurban verildiyini deyib: "Mən Xalq artistlərinə "c", "ç" kimi tələffüz etməyin deyə fikir bildirəndə, onlar "mən xalq artistiyəm" deyə cavab verirdilər. Bu cür monitorinqlər yalnız təsir imkanları olduğu halda əhəmiyyət daşıyır. Mən dilimi Qarabağ faciəsindən sonra öyrəndim, evdə rus dilində danışırdıq. Lakin ifaçı oxuduğu dili bilməlidir. Hər insan öz peşəsində vətəndaş olmalıdır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.