Şou-biznes

Aşıq Samirə və Əli övladlarını klipə çəkdilər - VİDEO - FOTO

19 Oktyabr 2018 14:23
2 Şərh     Baxış: 4 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu yeni klip çəkdirib.

Bu haqda Milli.Az-a aşıq Samirə məlumat verib:

"Klipi may ayından etibarən çəkirik. Çünki biz vətənimizin gözəlliklərini ancaq yay ayında göstərə bilərdik. Mahnı "Ana yurdum" adlanır. Söz və musiqisi aşıq Pənaha aiddir. Klipdə ölkəmizin gəzməli, görməli məkanlarına bizim gözümüzlə nəzər salınıb. Ekran işində yurdumuzun həm keçmişinə, həm də bu gününə bizimlə bərabər gələcək nəslin də gözüylə baxılır. Bu səbəbdən övladlarımız da bu klipdə yer aldı. Aşıq Əlinin qızı, mənim isə oğlum çəkildi. Bundan əlavə indiki gənc aşıqlar da klipdə yer alıb. Gənc aşıqlar arasında hər ikimizin yetirmələri var. Klipdə ana yurdumuzla bərabər milli alətlərimiz, milli musiqimiz, milli geyimlərimiz, bir sözlə milli mədəniyyətimizin bir hissəsi tərənnüm edilir".

Aşıq Əli isə kliplə bağlı bunları deyib:

"Həm də düşündük ki, Əli-Samirə duetindən bir hesabat klipi hazırlayaq. Əlbəttə ki, çalışarıq davamlı olsun. Klipin ideya müəllifi Samirə xanımdı. Hələ əvvəldən Samirə xanım bu mahnını tək ifa etmişdi. Elə tələbələrlə bərabər ilk dəfə olaraq aşıqların flaşmobunu da məhz bu mahnıyla həyata keçirmişdilər. Sonra qərara aldıq ki, duet də oxuyaq və klipdə hamı yer alsın. Həmişəki kimi Samirə xanım ilklərə, yeniliklərə imza atmağında davam edir. O ki qaldı maddiyat xərcinə... Bunu ata malı kimi yarı-yarıya ödəmişik (gülür). Sənətdən gələn, sənətdə də xərclənməlidir. Əziyyəti keçən hər kəsə, o cümlədən klipi lentə alan Rövşən Allahquliyevə, aranjmançı Ruslan Səmədova, masterinq Taleh Ağayevə təşəkkür edirik" deyə aşıq bildirib.
Milli.Az aşıqların yeni klipini sizlərə təqdim edir.

Əli Novruzəliyev
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Aşıq Samirə və Əli övladlarını yeni kliplərinə çəkdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.