Şou-biznes

"Onu parodiya edəndə əsirdi” - Könül Kərimovadan neqativlik alan əməkdar artist - VİDEO – FOTO

18 Oktyabr 2018 13:55
4 Şərh     Baxış: 4 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonaqları "Bu Şəhərdə" komandası olub.

Milli.Az xəbər verir ki, "Bu Şəhərdə" komandasının üzvlərindən biri, əməkdar artist Coşqun Rəhimov parodiya edərkən ən çox neqativ enerji aldığı məşhurdan danışıb:

"Könül Kərimova eşidəndə ki, biz onu parodiya edəcəyik, zəng elətdirdi, Cabbar müəllimi göndərdi. Bizdən xahiş etdi ki, xətirə dəyən bir şey olmasın, Könül xanım özünü pis hiss edir. Biz and-aman etdik ki, neqativ bir şey yoxdur. Könül xanımın həm sənətinə, həm də özünə böyük hörmətimiz var. Sadəcə, bu toy adamı olduğuna görə və yerinə düşdüyünə görə, özünü Şakira ilə müqayisə etdiyinə görə, maqazin verilişlərində çox populyar idi. Güc-bəla konsertə də gəldi, oturdu. Makiajsız, şubada, eynək də gözündə gəldi ki, onu tanımasınlar. Obrazına baxırdı, əsirdi. Onu parodia edən aktyor, yəni mən, onun reaksiyasına baxıb, oynamaq istəyir. O qədər negativ verdi ki, obraz alınmadı".

Milli.Az
 

Videonu izləmək üçün şəklə klikləyin:
"Onu parodiya edəndə əsirdi" - Könül Kərimovadan neqativlik alan əməkdar artist

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.