Şou-biznes

"Qızları efirə çıxarıb..." - Xəyalədən sərt sözlər

19 Oktyabr 2018 02:30
4 Şərh     Baxış: 6 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı-aktrisa Xəyalə Quliyeva işsizlikdən gileylənib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, "Ən yaxşısı" proqramında telekanallardan gileylənib. Xəyalə bildirib ki, heç bir kanal onu aparıcı kimi dəvət etmir:

"14 ildir fasiləsiz efirdəyəm. Veriliş aparır, serialda çəkilirəm. Neçə ildir verilişim yoxdur. Niyə? Mənim təcrübəm, söz ehtriyatım yoxdur? Heç bir şirkət dəvət etmir ki, gəl aparıcılıq elə. Model görünüşündə qızları gətirirlər efirə, əlinə bir kağız verirlər ki, çıx oxu. Niyə? Aparıcılara baxırsan əlindəki kağızdan oxuyur. Gələn qonağa dediyi "Çox gözəlsən" sözünü belə kağızdan baxıb deyirlər".

Xəyalə daha sonra "İndi xınalara gedirəm. Verilişim yoxdursa, niyə getməyim?" sözlərini deyib.

Qeyd edək ki, Xəyalə "Çəkiram haa" verilişi ilə tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.