Şou-biznes

"Yenidən evlənmək ola da bilər, olmaya da..."

17 Oktyabr 2018 20:20
9 Şərh     Baxış: 5 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konsertə hazırlaşıram. Ən az 1 saat yarım səhnədə olacam. Bu dəfə daha maraqlı "Stand-up" edəcəm. Dekabra çatmasam, yanvarda keçirəcəyəm.

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında yumor ustası Fərda Xudaverdiyev deyib. Aktyor ondan sonra stand-up edən həmkarlarından danışıb:

"İlk dəfə Azərbaycana bunu mən gətirmişəm. Həmin vaxt dedim ki, bunu edirəm, Azərbaycanda inkişaf etsin. Sevinirəm ki, məndən sonra stand-up etməyə başlanılıb. Sevinirəm onların işlərinə, bəlkə bundan sonra rəqabət ola".

Bir müddət əvvəl boşanma xəbəri ilə gündəmə gələn Fərda bu haqda danışmaq istəməyib. O, övladları ilə tez-tez görüşdüyünü söyləyib. Fərda yenidən evlənib-evlənməyəcəyi ilə bağlı suala isə belə cavab verib:

"Yenə də bu haqda çox danışmayacam. Allah hamını xoşbəxt etsin. Övladlarımla tez-tez görüşürəm. Hələ ki, yenidən evlənmək haqda fikirləşmirəm. Ola da bilər, olmaya da...".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.