Şou-biznes

Namiq Aygünlə duetdən imtina etdi

16 Oktyabr 2018 12:59
7 Şərh     Baxış: 4 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur meyxana ifaçısı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımova ilə duet oxumaqdan imtina edib.

Sentyabrın sonunda toyda duet oxuyarkən videosu yayılan cütlüyün məcburən bir araya gəldiyi iddia edilib. 

Belə ki, Rusiyada toyda olan iki məşhura ev sahibi tərəfindən təklif olunur ki, duet oxusunlar. Lakin Kazımova Namiqlə bir səhnəyə çıxmaqdan imtina edir və duet təklifini rədd edir. Belə bir hadisə iki dəfə təkrarlanır.  

Daha sonra Aygün Kazımova bir neçə gün bundan əvvəl Rusiya toylarının təşkilatçılarına müraciət edərək Namiqlə duet oxumağa razılıq verdiyini bildirib. Lakin bu dəfə Qaraçuxurlu Aygünlə bir səhnəyə çıxmaqdan imtina edib.  

Milli.Az xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı xalq artisti ilə əlaqə salxayıb. Sənətçinin mətbuat xidməti mövzu barədə açıqlama verməkdən imtina edib. N.Qaraçuxurlu isə hadisənin təfərrüatını danışıb:

"Sizdə olan məlumatlar, demək olar ki, doğrudur. Aylar əvvəl Moskvadan toy olacağı barədə bizə məlumat gəlir və hər iki tərəf avans alır. Bu ərəfədə daha bir tədbir ortaya çıxır. Mənə zəng edirlər, qarşı tərəfə qonorarın miqdarı öyrənmək üçün müraciət edirəm. Aygün Kazımova duet oxumayacağını deyir. Mənə təəccüblü gəldi, çünki bir neçə həftə sonra biz digər tədbirdə çıxış edəcəyik, qonorarın da bir qismini almışıq. Belə anladım ki, ikinci tədbirdə də duet oxumayacağıq.

Bu söhbətdə sakit durdum və kənara çəkildim. Bilirdim ki, danışsam, elə çevirəcəkdilər ki, qalmaqalı mən yaratmışam. Yəni, düşündüm ki, oxusa oxuyaram, oxumasa oxumaram. İkinci tədbirə də Sevil-Sevinc Səfərovaları təklif etdim. Toy sahibləri də məmnuniyyətlə razılaşırlar. O gün, bu gündür ki, bizi duet ortağı kimi dəvət edirlər.  

Daha sonra bir ay bundan əvvəl Rusiyada toyların təşkilatçıları mənə zəng edir ki, Aygün xanım onlarla əlaqə saxlayıb, duet oxumağa hazır olduğunu bildirib.  Mən isə bu dəfə duet oxumaqdan imtina etdim. Təşkilatçılara dedim ki, duet ortağımı başqaları ilə əvəz etmişəm. Aygün xanımla sonuncu dəfə toyda ifa edərkən çəkilən görüntülərimiz yayıldı. Xətrini qırmayacağım bir şəxs dəfələrlə xahiş etdi, mən də "hə" dedim".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.