Şou-biznes

“Nar suyudur, şərab deyil” – Vüsalə - FOTO

15 Oktyabr 2018 19:48
8 Şərh     Baxış: 8 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Vüsalə Əlizadə İnstaqram hesabında yeni fotolarını paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, əlində qədəhlə çəkdirdiyi şəkillərə izləyicilərin əksəriyyəti tənqid yazıb. Vüsalə şərab içməsi ilə bağlı yazılan fikirlərə cavab verib:

"Əldə bir qədəh şərab, səni əvəz eləmir. Öncədən deyim ki, şərab yox, nar suyudur. Ümumiyyətlə, içki içmirəm".

Bir çoxları isə Vüsalənin paylaşımında bir müddət əvvəl içki içən yerdə videosu yayılan Mətanət Əsədova ilə bağlı şərhlər yazıblar. 

Qeyd edək ki, həmin videodan sonra Mətanət "Orada limon suyu içirdim" cavabını vermişdi. Bir çox ifaçılar ona bu sözünə görə söz atmışdı. 

Milli.Az 
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.