Şou-biznes

"Söydüm, yanımda olsaydı, əl də qaldırardım" - Müşfiq

13 Oktyabr 2018 14:54
3 Şərh     Baxış: 4 275

Bu şəhərdə layihəsinin rəhbəri və prodüseri Müşfiq Abbasov tənqidlərə hər zaman açıq olduqlarını deyib.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən prodüser bununla belə haqsız iradlara qarşı sərt davrandıqlarını etiraf edib:

"Tənqidlərə normal yanaşırıq. Təhqir olanda bloka atırıq, ya da ümumiyyətlə heç kimə reaksiya vermirik. Haqqımızda yalan xəbərlərin də yayıldığı vaxtlar olub. Buna görə çox əsəbiləşmişəm. Bir dəfə xəbər yayıldı ki, guya hansısa rayonumuzun işğal günündə konsert vermişik. Zəng edib, həmin adama ağzıma gələni dedim, söydüm. Konsertin tarixini və video görüntüsünü göstərdim. Həmin şəxs bizdən üzr istədi. Həmin məqamda çox əsəbiydim, çünki olmayan bir şeyi adımıza yazmaq, əlbəttə ki, haqsızlıq idi. Yanımda olsaydı, həmin adama əl də qaldırardım. Təbii ki, səhv etmiş olardım, amma həddən artıq qəzəbliydim".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Copra · 13 Oktyabr 15:1021

    Üçü də istedadlıdır, ancaq aktyorlar inkişafdan qaldı, cox geri düşdülər.

    Cavab yaz
  • Anonim
    Tecrübeli · 13 Oktyabr 15:3120

    Yaxşı qutarıbe.getsin nezir versin.

    Cavab yaz
  • Anonim
    Xana · 13 Oktyabr 15:4911

    Sizden bir denedir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.