Şou-biznes

Azər Axşam polisə şikayət etdi - VİDEO

12 Oktyabr 2018 14:33
5 Şərh     Baxış: 5 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İddia edir ki, oğlumu ilk arvadımdan alacam. Onun orientasiyası yerində deyil. 21 yaşlı oğlanı kim məhkəmə yolu ilə ala bilər? Ən pisi məni tanımayan insanlar haqqımda ən alçaq, ən aşağı sözlər yazıblar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Azər Axşam "Gündən günə" proqramında deyib. O, son günlər haqqında yayılan xəbərlərdən danışıb:

"Sosial şəbəkədə səhifə açılıb və mənimlə bağlı xəbərlər dərc edirlər. Polisə müraciət edəcəm. Onu yazıb dərc edənləri və eyni zamanda şərhlərin sahiblərini məhkəməyə verəcəm. Təzminat tələb edəcəm. Rəy bildirməyə ixtiyarınız yoxdur. Mənim necə ata, insan olduğumu bilmədən o sözləri yazmaq olmaz. 

Ailəli adamam, sevdiyim həyat yoldaşım var. Kiçik oğlumla böyük arasındakı münasibətləri qoruyub saxlayıram. Deyirəm, bu onun, o bunun anasıdır, hörmət edin. Sülhsevər, mehribançılıq xoşlayan adamam. "Birinci həyat yoldaşımı məhkəməyə verib, 21 yaşlı oğlumu ondan alacam" iddiası gülməlidir".

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Azər Axşam haqqında yayılan şaiyələrlə bağlı açıqlama verdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.