Şou-biznes

"Ondan doydum və uzaqlaşdım" - Dilarə Əliyeva - VİDEO

12 Oktyabr 2018 11:54
5 Şərh     Baxış: 30 651

Bu işi görməkdən doydum, bəs etdi. Xoşlamadığım işi görməyi sevmirəm. Mənə görə bəs etdi, 17 il televiziya üçün böyük zamandır. Mən də, tamaşaçı da istirahət etməli idi. Üç ildir uzaqlaşmışam. Dağlara çəkilmədim, filmlər, tamaşalar, seriallar var. Yenə üzərimdə işləyirəm. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Dilarə Əliyeva "Şou ATV" verilişində deyib. Bir vaxtlar aparıcılıq edən, hazırda isə geri çəkilən aktrisa yenidən efirə qayıdacağını söyləyib. 

O bildirib ki, yaxın günlərdə yeni verilişlə efirə çıxacağını açıqlayıb:

"Aparıcılıq üçün artıq darıxmışam və hazırlaşıram. Çox keçməz, yenidən tamaşaçıları sevindirəcəm. Çox gözütox insanam. Mənim üçün könlümdən gələn işi etmək xoşdur. İstədiyim vaxt gördüm, içimdən gəlmədi atdım. İnsan var ki, buna əhəmiyyət vermir və efirdəki işini görür. Mənim üçünsə önəmlidir. Hiss etdim ki, kənara çəkilib və enerjini toplamaq lazımdır". 

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Dilarə Əliyevanı sənətdən uzaqlaşdıran səbəb nədir?

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    murad · 12 Oktyabr 12:0439

    Ne muhtesem bir gorkem, ne muhtesem bir guzellik !!!!

    Cavab yaz
  • Anonim
    · 12 Oktyabr 12:3220

    Oqtay tazadan kökəlir

    Cavab yaz
  • Anonim
    Aaa · 12 Oktyabr 13:4866

    Sevindirme..xahiş..lazim deyil..senin menasiz verilişin..adamin eti tökulur sunilikden..

    Cavab yaz
  • Anonim
    Nur · 13 Oktyabr 01:0710

    Camahat ehdiyacdan iwdiyir pul qazanmag ücün .neynesinler

    Cavab yaz
  • Anonim
    20.38 · 13 Oktyabr 20:4000

    Hormetli Dilare xanim yeqin ki, ehtiyaciniz olmayib, yoxsa bir isi gormek sizin ucun cooox onemli ve gerekli olardi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.