Şou-biznes

Şou-biznesdə “meqa star” qalmaqalı - Faiqlə Sevda üz-üzə

11 Oktyabr 2018 19:32
6 Şərh     Baxış: 3 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün xalq artisti Faiq Ağayev "Hər şey daxil" proqramının qonağı olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, F. Ağayev canlı efirdə müğənni Sevda Yahyayevanın həmkarı Zamiq Hüseynovu meqa star adlandırmasına reaksiya verib.

Xalq artisti Sevdanın Zamiqi belə adlandırmasına iradını bildirib: "Sevdanın müəllimi və münsifi olmuşam. Sevdaya görə "Yeni ulduz" zamanı Aygün Kazımovayla münasibətimin kəskin bir vaxtlarında qırğın etmişdim. Görünür Sevda ona verilən sualın məğzini anlamayıb.  Zamiq keyfiyyətli ifaçıdır, bilirəm ki, Sevdanın dostudur. Ancaq gəlin dostluğu sənətlə qatmayaq".

Sözügedən açıqlamadan sonra S. Yahyayevanın prodüseri Tural Nəbiyev "Qafqazinfo"ya danışaraq məsələyə aydınlıq gətirib:

"Sevda xanım hazırda Türkiyədədir, gələn kimi yəqin ki, bu barədə açıqlama verəcək. Amma sizə dəqiq deyim ki, Sevda Yahyayeva "X Maqazin" proqramına müsahibəsində 3 nəfərin adını çəkib və onları meqa star gördüyünü bildirib. Faiq Ağayev, Namiq Qaraçuxurlu və dostu Zamiq Hüseynovun adlarını sadalayıb. Lakin veriliş iki ifaçının adını montajla kəsərək təkcə efirə Zamiq Hüseynovla bağlı hissəni verib. Bu gün Faiq Ağayevlə əlaqə saxlamışıq, məsələni ona da danışmışıq". 

Heydər Əliyev adına Sarayda konsert verməyə hazırlaşan Zamiq Hüseynov isə mövzu barədə danışmaq istəmədiyini qeyd edib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.