Şou-biznes

"Fuad Poladov xəstələnəndə efirə çıxmadı..." - Oqtay Əliyev - VİDEO

11 Oktyabr 2018 15:29
40 Şərh     Baxış: 21 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Soy" prodakşının rəhbəri Oqtay Əliyev xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevadan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Səhər-səhər" proqramında aktrisanın xəstəliyindən danışıb.

O.Əliyev aparıcı Elgiz Əkbərin "Toppuşla bağlı nə fikirləşirsiniz? Bu adamın günlərlə ictimaiyyətdə müzakirə olunması nədir? Aranızda nəsə soyuqluq var" sözlərinə belə cavab verib:

"Allah ona şəfa versin. Bəzi adamlar var ki, ictimailəşməsini rəvac bilib, istəyir ki, ona yardım olunsun. Eləsi də var istəmir. 

Məsələn, Fuad Poladov xəstələnən gündən nə efirə çıxdı, nə telefonlara cavab verdi. Heç kimdən yardım istəmədi. Heç kim onun haqqında nəsə pis deməyib. 

Bu insan isə istəyir ictimailəşsin, yardımlar alsın. Bu da bu yolu seçdi. 

Bizim aramızda soyuqluq yaranmayıb. Mənim üçün siravi aktrisalardan biridir. Layihələrdə istifadə etdik, işlədi, indi işləmir. Hər bizimlə işləyənlə ailəvi dostluq etmirik. Niyə ondan inciyim ki?".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.