Şou-biznes

Əməkdar artist: "Ömrümə nə qədər qaldığını bilmirəm" - VİDEO

11 Oktyabr 2018 12:41
22 Şərh     Baxış: 14 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Aybəniz Haşımova ATV-də yayımlanan "Şou ATV" verilişinin qonağı olub.

Milli.Az baku.ws-ya istinadən xəbər verir ki, mərhum həyat yoldaşının görünütlərini görən ifaçı göz yaşlarına hakim ola bilməyib.

A.Haşımova bunları deyib:

"Mən Allahımdan bir az da güc istəyirəm. Ömrümə nə qədər qaldığını bilmirəm. Allah hamıya ömür versin. Bu günə qədər gücüm tükəndikcə, Allah güc verdi. Ayaqda durmağa çalışdım və çalışıram. Bir onu Allahdan istəyirəm və sizə də bir onu demək istəyirəm ki, heç vaxt mənə görə utanmayacaqsınız. Mən bu millətin qızıyam, millətimi çox sevirəm, millətimin musiqisinə sadiqəm. Necə dünyaya gəlmişəm, elə də gedəcəyəm".

Qeyd edək ki, əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.