Şou-biznes

Elnarə Xəlilova ərini qısqandı: "Doğuşdan hiss edirdim ki..." - FOTO

10 Oktyabr 2018 21:53
7 Şərh     Baxış: 7 821

"Həyat yoldaşımı qızıma çox qısqanırdım".

Milli.Az bildirir ki, bu sözləri müğənni Elnarə Xəlilova publika.az-a verdiyi açıqlamasında deyib. 4 uşaq anası olan sənətçi bildirib ki, övladları ilə vaxt keçirməkdən zövq alır:

"Bu yaxınlarda oğlumun müəllimləri və sinif yoldaşları ilə birlikdə uşaq sığınacağına getmişdik. Orda bütün valideynlər maksimum çalışdıq ki, bir neçə saatlıq da olsa, uşaqlara ana qayğısı göstərək, sevgi ötürək, tək olduqlarını hiss etməsinlər. Bir günümü onlara həsr etdim. Səhəri gün qərara aldım ki, öz uşaqlarımla vaxt keçirsəm, pis olmaz. Həftəsonu həyat yoldaşım və bütün uşaqlarımla birlikdə gözəl vaxt keçirdik. Çox əyləndik".

Müğənni "Qadın ana olduqdan sonra bütün sevgisini övladlarına ötürür, həyat yoldaşı ikinci planda qalır. Bu halda Rövşən bəy sizi övladlarınıza qısqanmır ki?" sualına belə cavab verib:

"Əslində onu mən qısqanırdım. Qızım təzə dünyaya gəlmişdi, doğuşdan hiss edirdim ki, yoldaşım qızıma daha çox vaxt ayırır, nəinki mənə. Məndə qadın qısqanclığı baş qaldırdı, düşünürdüm ki, qızımızı məndən çox istəyir. Nə hiss etdiyimi Rövşənin özünə açıq şəkildə bildirim. O da mənə baxıb "Dəlisən, o da elə sənsən də" söylədi. Yoldaşımın bu sözlərindən sonra mənə hər şey aydın oldu. Haqlı idi, övladlarımız elə bizik, bizim bir parçamızdır. Odan bəri bir-birimizi övladlarımıza qısqanmırıq. Uşaqlara həftənin 6 günü mən baxıram, bazar günü isə uşaqları Rövşənin üstünə itələyib deyirəm ki, get onlarla vaxt keçir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    aysel · 10 Oktyabr 22:1296

    Buda bilmire neyle gundemde qalsin bir ferli mahni senet klip zad yoxdu ele övladlarin goze soxur bildikde day cox istiyirsen olari,erini ehh bow bow menasiz sohbetlerle ay jurnalist ellerinede heyfin gelmire deyrem meqaleni yazan yazar

    Cavab yaz
  • Anonim
    Hemide xanim · 10 Oktyabr 23:29105

    Halaldi sene, aile her weyden ustundur, bir denesen, Qehreman Ana!

    Cavab yaz
  • Anonim
    Fl · 11 Oktyabr 00:1662

    Bilmirəm niyəsə Elnarəni cox istəyirəm.danışığında bir şirinlik,şıltaqlıq var.

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 11 Oktyabr 00:3161

    Allah bütün balaları saxlasın.ümumiyyetle atalar qız övladlarını daha çox isteyirler.bizdede beledi,yoldaşım qızı oğlandan daha çox isteyir,onunla hemsirdaşdı,oğlumda menimle.bu xanımı müğenni kimi yox,ailecanlı bir xanım kimi xoşlayıram

    Cavab yaz
  • Anonim
    Gunka · 11 Oktyabr 00:3970

    Gozel ailesiz

    Cavab yaz
  • Anonim
    alim · 11 Oktyabr 09:1921

    Övladı ərə qısqnarlar məgər.başa düşmədim

    Cavab yaz
  • Anonim
    Anonim · 11 Oktyabr 13:0710

    Allah qorusun ailələri nə olar allahım ailələri boş qoyma övlad ver həsrət çəkib yananlara məndə içində

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.