Şou-biznes

Afaq Aslandan Lotu Qulinin həbsinə REAKSİYA: "Tutulubsa da..." - FOTO

9 Oktyabr 2018 14:40
19 Şərh     Baxış: 22 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər veridyimiz kimi, dünən Lotu Qulinin Türkiyədə həbs olunması ilə bağlı xəbərlər yayılıb. Qeyd edilir ki, Nadir Səlifov izahatı alındıqdan sonra Azərbaycana göndəriləcək.

Milli.Az xəbər verir ki, Nadir Səlifovun Azərbaycanda sevgilisi olduğu deyilən müğənni Afaq Aslan publika-ya müsahibə verib.

- İşləriniz necədir?

- Yeni mahnılar üzərində çalışıram. Tezliklə dinləyicilərimi sevindirəcəyəm.

- Payız mövsümü bir çoxlarında, xüsusilə yaradıcı adamlarda depressiv əhval-ruhiyyə yaradır. Sizdə vəziyyət necədir?

- Depressiya halları məndə də olur, özümə qapanıram, heç bir iş görmək istəmirəm, uzaqlaşıram, demək olar ki, bütün çevrəmdən qaçıram. Belə anlarda gücümü bərpa etmək üçün səyahətə çıxıram, xarici ölkələri gəzirəm. Səyahət, həqiqətən də, depressiya ilə ən effektiv və sürətli müalicə üsuludur.

- Sevgilinizlə münasibətləriniz necədir?

- Münasibətlərim çox ciddidir, evlənməyə hazırlaşırıq.

- Lotu Qulinin Türkiyədə həbs olunması ilə bağlı xəbərlər yayılıb...

- Vallah, xəbərim yoxdur, bu xəbəri sizdən eşidirəm. Tutulubsa da, Allah yolunu açıq etsin. Nə deyə bilərəm?

- Sevgili olduğunuz haqqında yayılan məlumatlar düzdür?

- Xeyr, sevgili olmağımız barəsində yayılan məlumatlar həqiqətə uyğun deyil.

- Bəs sevdiyiniz insanın başına belə hadisə gəlsəydi, nə edərdiniz?

- Böyük sevgidən söhbət gedirsə, sözsüz ki, dəstək olardım. Aramızda güclü hisslər varsa, tərk edə bilmərəm, onu yarı yolda qoymaq mənə yaraşmaz.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.