Şou-biznes

Eldar Nigarla hovuzda yayılan VİDEOsundan danışdı: "Kimə nə dəxli var?!"

25 Sentyabr 2018 19:04
6 Şərh     Baxış: 5 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avroviziya-2011" beynəlxalq musiqi yarışmasının qalibləri Eldar Qasımov və Nigar Camalın Yunanıstandan paylaşdıqları video sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Sosial şəbəkə istifadəçiləri iki uşaq anası Nigarın Eldarla yayılan videosunu kəskin tənqid atəşinə tutublar və onların sevgili olması haqda iddia səsləndiriblər.

Milli.Az xəbər verir ki, Eldar Qasımov paylaşdığı video və istifadəçilərin buna reaksiyası haqda azxeber.com-a açıqlama verib.

Müğənni bu məsələnin heç kimə aidiyyəti olmadığını söyləyib: "Mən kiməsə görə hərəkət edib, kiməsə görə yaşamıram. Düşünürəm ki, mənim bu yanaşmama kifayət qədər dəstək verən insanlar var. Biz pul deyilik ki, fikirləşək kimin xoşuna gələcəm, kimin yox. Mənim də çox şeydən xoşum gəlmir. Azərbaycan mediasında bəyənmədiyim çox şeylər var. "Feysbuk" və "İnstagram" paylaşımlarının çoxundan xoşum gəlmir.

Eldar deyib ki, sosial şəbəkədə yazılan şərhləri oxumur: "Sosial şəbəkələrə yalnız paylaşımlar üçün daxil oluram. Mənim kompleksim yoxdur. Paylaşımlar zamanı heç geyimlərə də baxmıram. Sadəcə, paylaşım edirəm və çıxıram. Belə şeylər vecimə də deyil. Kim istəyir baxsın, kim istəyir baxmasın".

Nigarla sevgili olmasına dair yayılan iddialara münasibət bildirən Eldar bu məsələyə hər hansı şərh vermək niyyətində olmadığını bildirdi: "Bunun kimə nə dəxli var?! Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Mənim şəxsi həyatımın heç kimə aidiyyəti yoxdur. Mənə sənətimə görə qiymət verin, şəxsi həyatıma görə yox".

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Nigar Mətanətə söz atdı -

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.