Şou-biznes

Murad 10 il çalışdığı kanaldan getdi: "Detalları açıqlamayacağam..."

25 Sentyabr 2018 12:47
2 Şərh     Baxış: 1 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəstəkar-müğənni, aparıcı Murad Arif Lider TV ilə yollarını ayırıb. 

Milli.Az xəbər verir ki, baku.ws-ə açıqlama verən M. Arif bildirib ki, bir müddət heç bir televiziya kanalında görünməyəcək:

"Artıq 5-ci aydır ki, dövlət konsertləri istisna olmaqla, verilişlərdə aparıcı və ya qonaq qismində də görünmürəm. Söhbət yalnız "Lider"dən getmir. Ümumiyyətlə, qışa qədər televiziyalarda görünməyi sıfıra endirmək qərarındayam. Sadəcə olaraq, belə lazımdır. Detalları açıqlamayacağam. İnstaqram, Facebook səhifələrim və Youtube kanalımdan yeniliklər açıqlanacaq".

Xatırladaq ki, M.Arif Lider TV-də çalışdığı 10 il müddətdə "Solo", "Status" kimi verilişlərin aparıcısı olub. 

M.Arif hazırda "Youtube"da böyük marağa səbəb olan "Popumuz var" layihəsinin təqdim edir. Sözügedən layihə "MuzTV Azərbaycan" kanalında da yayımlanmaqdadır. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.