Şou-biznes

"Toppuş bacı" ilə bağlı təqdirəlayiq addım - VİDEO

25 Sentyabr 2018 12:20
25 Şərh     Baxış: 10 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kino və musiqi dünyasının tanınmış simaları xərçəngdən əziyyət çəkən aktrisa Tünzalə Əliyevaya maddi yardım ediblər.

Milli.Az publika-ya istinadən xəbər verir ki, Toppuş bacı ləqəbi ilə tanınan aktrisa yardım üçün ATV kanalında yayımlanan "Bizimləsən" verilişinə müraciət ünvanlamışdı. Verilişin dünənki buraxılışında proqramın aparıcısı Zaur Baxşəliyev aktrisanın müalicəsi üçün ona pul yardımı edənlərin adlarını açıqlayıb. Məlum olub ki, aktrisa üçün təxminən 15 min manat pul yığılıb.

Lakin məşhurların göndərdiyi məbləğlərin açıqlanması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi izləyicilər 100-200 manat pul göndərən xalq artistlərini qınayıb.

Xatırladaq ki, Xatirə İslam keçən həftə verilişə qonaq gələrək T.Əliyeva üçün məşhurlardan pul yığmaq ideyasını irəli sürmüşdü. Hətta o, özü bir-bir tanınmışlara zəng vuracağını və aktrisa üçün onlardan pul yığacağını bildirmişdi.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Məşhurlardan Tünzalə Əliyevaya yardım

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.