Şou-biznes

Azərbaycanlı aktyor: "Ailəcanlıyam, uzaqda olsam da lazım gələrsə ailəm üçün qaçaraq evə gələrəm" - FOTO

25 Sentyabr 2018 21:03
7 Şərh     Baxış: 6 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Cavidan Novruzun Milli.Az-a müsahibəsi.

- Keçən mövsüm "Bacanaqlar" və "Vicdan haqqı" seriallarına çəkildiniz. Maraqlıdır, biri komik, digəri isə dram idi. Fərqli situatsiyalara düşmək çətin deyildi ki?

- Hər bir serialın öz yeri var idi. Birində Ramiz obrazını, digərində isə Əbdülü oynayırdım. Ramiz atamın adıdır, Əbdül də mənim üçün doğma roldur (gülür). Bilirəm ki, komediyanı və dramı eyni anda oynamaq kənardan yaxşı görünmür.

- "Vicdan haqqı" serialındakı Əbdül obrazının bu qədər seviləcəyinə inanırdınız?

- Xeyr, buna heç rejissor Rövşən İsaxın özü də inanmırdı. Rövşən İsax məni seriala dəvət edəndə ordakı Əbdül obrazını o qədər də geniş nəzərdə tutmamışdı. Yaxşı alındığına görə rejissor o obrazı ssenaridə böyütdü. Sözün düzü özüm də bu obrazın seviləcəyini gözləmirdim.

- Hal-hazırda müğənni kimi fəaliyyətiniz nə yerdədir?

- Sadəcə olaraq el şənliklərində iştirak edirəm, efirdə nadir hallarda müğənni kimi çıxış edirəm. Aktyorluq mənə elə uğur gətirdi ki, müğənniliyə daha ehtiyac qalmadı.

- Tərəzidə aktyorluq daha ağır oldu?

- Aktyor olmaq mənim uşağlıq arzum olub. Müğənnilik sənəti maddi vəziyyəti yaxşı etmək üçündür.

- Şou-biznes sizi qane edir?

- Kənardan baxdığım qədər vəziyyət çox pisdir, acınacaqlıdır. Şou-biznesin vəziyyətini efirdə yox, sosial şəbəkələrdə izləyirəm. Vallah utanıram onların yerinə.

- Xalq artisti Ramiz Novruzun oğlusunuz. Atanız aktyorluğunuzdan razıdır?

- O həmişə deyir ki, mənimlə məsləhətləş, sonra get filmə çəkil. Atam deyir ki, oxumağı da əldən buraxma.

- Sizə teatrda işləməyi tövsiyyə edir?

- Bəli, hər görüşəndə deyir ki, gəl teatrda çalış. Amma mən hələ də özümü teatrda işləmək üçün hazır bilmirəm.

- Ola bilərmi dram janrından uzaqlaşıb sırf komediya janrında çəkiləsiz?

- Xeyr!

- Niyə?

- Çünki drama daha çox yaxınam. Özümü daha çox orda görürəm.

- Səhv etmirəmsə hal-hazırda çəkildiyiniz "Təhminə və Zaur" serialı da dram janrındadır.

- Bəli, artıq serialımızın bir neçə bölümü yayımlanıb. Çox maraqlı kollektivlə çalışıram. Mən bu serialda Spartak rolunu oynayıram. Tamaşaçılar bu seriala çox maraq göstərir. İnşallah ki, qarşıda hələ maraqlı hadisələr çox olacaq.

- Hansı yerli seriallara baxırsınız?

- "Qız atası", "Bacanaqlar" və s. serialları izləyirəm.

- Ailəcanlısınız?

- Bəli, çox! Uzaqda olsam da, uşaqlar üçün lazım olsa bir zənglə evə gələ bilərəm. 6 yaşında Turan adlı bir oğlum var.

- Uşaq gözünüzün qabağında böyüyür. Özünüzü qocalmış kimi hiss etmirsiniz?

- Xeyr, özümü qoca hiss etmirəm, çünki özüm də onunla eyni ruhdayam. Hiss edirəm ki, övladım da aktyor olacaq.

- Aktyor olmağına razı olacaqsınız?

- Bəli, yaxşı aktyor olacaqsa qoy olsun.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.