Şou-biznes

Rəmiş Gülüyə görə efiri tərk etdi - FOTO

22 Sentyabr 2018 10:54
7 Şərh     Baxış: 8 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gündən-günə" verilişinin qonağı xalq artisti Rəmiş və xanımı Gülü olub.

Qəfildən canlı efirə daxil olan gitara ifaçısı Rəhman Məmmədli həmkarına barışıq əli uzadıb. Rəmiş həmkarının bu jestini cavabsız qoyaraq, ona soyuq münasibət bəsləyib.

Milli.Az-a daxil olan məlumata görə verilişin aparıcısı Əkbər Əlizadə reklam fasiləsində onlardan birlikdə duet ifa etmələrini xahiş edib. Gülü Rəmişi Rəhmanla duet ifa etməkdən çəkindirib. Xanımı Rəmişə "Mən hələ də onu bağışlamamışam" deyərək studiyanı tərk edib. Xanımının bu hərəkətindən sonra Rəmiş də studiyanı tərk edib. Rəhman Məmmədli isə verilişin sonuna qədər studiyada tək qonaq qismində iştirak edib.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.