Şou-biznes

"Bu pul mənim heç nəyimə çatmır" - Zümrüd Qasımova

21 Sentyabr 2018 18:44
12 Şərh     Baxış: 5 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aktrisalıq seçdiyim və sevdiyim peşədir. Amma oradan aldığım maaşa dolana bilmirəm. Bu pul mənim heç nəyimə çatmır. Alternativ iş axtarıram".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Space" radioda qonaq olarkən deyib. O, veriliş aparmamasının və seriallara çəkilməməsinin səbəbini açıqlayıb:

"İndi aktyorlar seriallara çəkilib pul qazanırlar. Məni teatda çalışmağa heç kim məcbur etmir, amma bunsuz yaşaya bilmərəm. Efirdə olmadan yaşıya bilərəm, amma teatrsız yox. Zəmanənin təlabatı budur. Demirəm ki, dəvət etmirlər. Sadəcə seçimim başqa cürdür. Ona görə çəkilmirəm, veriliş aparmıram. Əgər simamı istifadə edirəmsə, yaxşı qonorar almalıyam. Hazırda efirlərdə maraqlı, baxımlı verilişlər var. Eləsi də var ki, baxmıram, buna enerjim yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.