Şou-biznes

Teleaparıcı ATV-dən getmə xəbərindən danışdı: Buna səbəb yeni verilişimin olmamasıdır

21 Sentyabr 2018 00:43
2 Şərh     Baxış: 3 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış teleaparıcı Murad Əzimzadə ATV-dən getmə xəbərindən danışıb.

Milli.Az-a açıqlama verən aparıcı yayılan xəbərləri təkzib edib.

"Son günlər belə söz-söhbət gəzir ki, ATV-də fəaliyyət göstərməyəcəyəm.

Yəqin ki, buna əsas yeni verilişimin olmamasıdır. Bundan sonra bazar günləri "Bir axşam" verilişinə mənim aparıcılığımla baxacaqsınız. Amma onu da qeyd etməliyəm ki, bu veriliş sırf ATV-in yox, prodakşın istehsalıdır.

İnşallah yeni layihəm olacaq, hal-hazırda üstündə iş gedir. Bir sözlə, hələ də ATV-in işçisiyəm və aparıcı-layihə rəhbəri olaraq fəaliyyətimə davam edəcəyəm", - deyə aparıcı bildirib.
 

Əli Novruzəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.