Şou-biznes

"Ailəmdən dəyərli heç nə yoxdur" - Safurə

20 Sentyabr 2018 20:56
7 Şərh     Baxış: 3 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Eurovision" təmsilçilərimizdən olan Safurə Əliyevanın ad günüdür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, keçmiş müğənni təəssüratlarını İnstaqram səhifəsində paylaşıb. Həyat yoldaşı Fərhad Əliyevlə şəklini yayımlayan Safurə səhnə üçün heç darıxmadığını deyib:

"Bu gün bütün dəqiqələrə və ətrafımda baş verənlərə aludə olmağa çalışdım. Oğlum ağlayıb şokolad istəyirdi, qızım isə özündən böyük gecə geyimində idi.  Dərsdən gələn oğlunu götürmək üçün aşağıya enən ata... Bu, həyatda kiçik, amma önəmli olan məqamdır. Allahıma mənə verdiyi gözəl həyata görə təşəkkür edirəm.

Mənə tez-tez verilən "Səhnə üçün darıxırsınız? Yenidən oxumaq istəyirsiniz" sualına cavab verəcəm. Bu da sizə cavabım: Mənim üçün ailəmdən dəyərli heç nə yoxdur. İstəyirəm ki, hər səhərim və axşamım bu cür hadisələrlə açılıb, başa çatsın. Yanında sevdiyin ərin, pozitiv oğlun və gözəl qızın olanda, hər şey əladır".

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu ilə ailəlidir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.