Şou-biznes

"Hər gecə Zəhranı öpürəm ki, birdən səhərə ayılmaram" - Tünzalə - FOTO

20 Sentyabr 2018 12:58
29 Şərh     Baxış: 10 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yayımlanan "Bizimləsən" verilişi əməkdar artist Tünzalə Əliyevaya yardım üçün xeyriyyə marafonuna başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xalq artisti Mələkxanım Əyyubova, əməkdar artist Dilarə Əliyeva, aparıcı Mətanət Əliverdiyeva və bir çox tanınmış proqramda aktrisaya yardım edib.

Veriliş zamanı "Toppuş bacı" ləqəbli aktrisanın qızı Zəhra da studiyaya gətirilib. T.Əliyeva ilk dəfə övladının üzünü göstərib. 

"Hər gün gecə yatmazdan əvvəl Zəhranın saçını öpürəm ki, birdən səhərə ayılmaram. Düşünürəm ki, gözümü yumaram, səhər dünyadan köçərəm, Zəhramı görmərəm. Səhər onu görəndə deyirəm ki, şükür Allaha sağam",  - aktrisa göz yaşlarını saxlaya bilməyib.

Tünzalə bildirib ki, çox işləmək onu bu cür xəstə edib:

"Həyat məni çox yordu, yükləndim. Ailədə, işdə yükləndim. Fərda (aktyor Fərda Xudaverdiyev - red.) deyir ki, Allah sənə dərt göndərməyib. Mesaj göndərib ki, bəsdir, istirahət et. Bir il çalışmayacam, dincələcəm. Bir həftə xəstəxanada qaldım, çıxan kimi işə getdim. 11 dəfə əməliyyat olundum, 10 gün dincəlmədim. Qarnımda alətlər, milli paltarı geyinib, məclisə aş verirdim. Bir də baxırdım gəlinin yanı sudur. Ətəyimi fırlayıb o biri işə keçirdim. Heç vaxt xoş gündə dincəlmədim. Çox işlədim... 

Məni qınadılar ki, niyə verilişə gəldin, kömək istədin, xınalardan qazanırsan. Mənim pulum olsaydı, evimi nəğd pulla alardım. Hərdən ayaqlarım gedir, yıxılıram, idarə edə bilmirəm. "Qız atası" serialına çəkilirəm, ona görə yox ki, unudularam. İnsanlardan təcrid olsam, ölüb gedərəm". 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.