Dünən yerli saytlarda ABŞ-a köçən müğənni Fərid Məmmədovun Nyu-Yorkda kuryer işləməsi ilə bağlı xəbərlər yayılıb.
Milli.Az publika-ya istinadən xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva anasının tələbsi olan Fərid Məmmədovu müdafiə edib. O, sosial şəbəkədə halal zəhmətlə pul qazanmağın ayıb olmadığını qeyd edib:
"Bəzi insanlar başqalarının həyatına müdaxilə etməyin daşını atsaydı, daha xoşbəxt olardılar. Məni o xəbərin altına təq edib, üzgün işarəsi qoymayın. Fəxr edirəm ki, düzgün yolu seçib halal zəhməti ilə ailəsini ac qoymayan uşaqlıq dostum var".
Xatırladaq ki, 2013-cü ildə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Fərid Məmmədov ikinci yerin sahibi olmuşdu. Bir neçə il əvvəl Nigar adlı xanımla ailə quran ifaçı müğənnilik karyerası ilə vidalaşaraq Amerikaya köçüb. İdmanla ciddi məşğul olan 28 yaşlı F.Məmmədov Nyu-Yorkda kuryer çalışır.
Qeyd edək ki, mediaya qapalı keçirilən toyda bəy-gəlinlə şəkil çəkdirmək də qadağan olunmuşdu.
Milli.Az