Şou-biznes

Məşhur xanımların aldığı hədiyyələr: "Lexus", brilliant üzük... FOTO

19 Sentyabr 2018 16:52
12 Şərh     Baxış: 6 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur xanım sənətçilər tək sənətləri ilə yox, həm də şəxsi həyatları ilə tez-tez gündəmə gəlirlər. 

Milli.Az xəbər verir ki, baku.ws doğum günündə bahalı hədiyyələr alan tanınmış xanımların siyahısını təqdim edir: 

Bu ilin avqustunda 53 yaşına qədəm qoyan xalq artisti Təranə Muradova həyat yoldaşından bahalı, brilliant qaşlı üzük hədiyyə almışdı.

2013-cü ildə 33 yaşını qeyd edən müğənni Xatun Əliyeva da sevgilisindən brilliant qaşlı üzük hədiyyə alıb.

Ötən il 39 yaşını qeyd edən rəqqasə Fatimə Fətəliyeva həyat yoldaşından "Lexus" markalı avtomobil hədiyyə almışdı.

2016-cı ildə yeni yaşına qədəm qoyan müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevdən brilliant üzük və böyük gül dəstəsi hədiyyə almışdı.

Bir neçə il əvvəl doğum gününü qeyd edən müğənni Afaq Aslan iş adamı olan yaxın dostlarının birindən 250 min manatlıq avtomobil hədiyyə almışdı.

2017-ci ildə 27 yaşını qeyd edən müğənni Aysel Əlizadə sevgilisindən son model olan "Porsche" markalı avtomobil almışdı.

Milli.Az 
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.