Şou-biznes

“Atam mənə dedi ki, sən adda övladım yoxdur” - Rəqsanənin qızından ŞOK AÇIQLAMA - VİDEO - FOTO

19 Sentyabr 2018 13:27
27 Şərh     Baxış: 12 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndi pulum var deyə, atam məni axtarır.

ARB TV-nin "Səhər- Səhər" verlişinin növbəti qonağı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova olub.

Milli.Az xəbər verir ki, Aysun doğma atası ilə bağlı maraqlı faktlar açıqlayıb:

"Doğma atamla salam-sağolumuz yoxdur. Ata başqa bir şeydir. Yanımdan keçsə, mən onu tanımaram. Çünki mən atamı 14 yaşımda axtarmışam və tapmışam. Amma o insan məni qəbul etməyib. Mənə deyib ki, mən səni istəmirəm. Mənim sən adda övladım yoxdur. Niyə, bilmirəm. Üstündən bir müddət keçdi. Aysun artıq modelyer olaraq tanınır, Aysun daha sonra müğənni olaraq tanınır və ondan sonra zəng edirlər başqa-başqa adamların adından nənəmə və ya anama ki, atası Aysunu görmək istəyir.

Gözüm aydın. Aysunun indi pulu var deyə Aysunu görmək istəyir. Mənim 10 ilə yaxındır ki, bir atam var, o da anamın həyat yoldaşıdır. Mən atalığı o insanda bilmişəm. O, öz uşaqlarından mənə daha çox can yandırır".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Atam mənə dedi ki, sən adda övladım yoxdur" - Rəqsanənin qızından ŞOK AÇIQLAMA

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.