Şou-biznes

3 dəfə ailə quran Bahar: "Anam dedi ki, səni görüm övlad üzünə həsrət qalasan" - VİDEO

19 Sentyabr 2018 13:45
8 Şərh     Baxış: 7 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Bahar Lətifqızı ATV-də aparıcı Əkbər Əlizadənin təqdimatına yayımlanan "Gündən-günə" verilişinin qonağı olub. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, ağrılı-acılı günlərini xatırlayan müğənni bunları deyib:

"Bir dəfə anamın üzünə vurdum ki, sən yaxşı ana olsaydın, məni internata qoymazdın. Anamda isə epilepsiya xəstəliyi var. O, mənə cavab vermədi, ürəyi getdi. Anam ayılandan sonra mənə dedi ki, səni görüm övlad üzünə həsrət qalasan.

O qarğışdan sonra mən bir gün anamgilə getmişdim. O, kresloda oturmuşdu. Artıq 3-cü ailə həyatımı yaşayırdım. Dizlərimi qoydum yerə və dedim ki, ana, bezmişəm, hərə bir söz deyir, mən övlad istəyirəm. Mənə elə bir dua et... O qədər ağladı ki, Dedi ki, istəyirəm sənin elə sənin kimi qızın olsun. İndi şükür Allaha, 2 övladım var. 

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

3 dəfə ailə həyatı quran Bahar Lətifqızı:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.