Şou-biznes

Kamil Zeynallı: "Çox anadan yaxşı atayam" - FOTO

19 Sentyabr 2018 13:00
15 Şərh     Baxış: 8 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdmançı Kamil Zeynallı müğənni Gülay Zeynallıdan olan övladı ilə fotolarını sosial media hesabında paylaşıb.

Milli.Az oxu.az-a istinadən  xəbər verir ki, treyner özünü "ideal ata" adlandırıb.

"İdeal ata ola bilərəm, çünki həyatda ən əsas, ən vacib vəzifəm budur. Amma nə qədər ideal ata olsam da, ananın yerini heç bir ata doldura bilməz. Övlad atasız böyüyə bilər, ancaq anasız çox çətin. Övlad atadan yetim qalmır, anadan qalır

Nə qədər qızımı dəlilər kimi sevsəm də, qızıma hər şey etsəm də, anasının yerini heç vaxt doldura bilmərəm. Düzünü desəm, çox anadan yaxşı atayam, lakin ana yenə anadır. Allah heç bir övladı valideynsiz böyütməsin, rəhmətə gedənlərə də rəhmət etsin".

Qeyd edək ki, Gülay və Kamil cütlüyü 2010-cu ildə ailə qurub. 

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.