Şou-biznes

"Azərbaycan qadınına utanc olan siqaret mənim dostumdur” - Nisə Qasımova

18 Sentyabr 2018 19:00
6 Şərh     Baxış: 3 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda qadınların 3-5 faizi siqaret çəkir. Etiraf edirəm, Azərbaycan qadınına utanc olan siqaret və dörd divar təəssüf ki, mənim dostumdur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nisə Qasımova deyib. Müğənni uzun fasilədən sonra "Şou ATV" verilişinə qonaq olub. O, siqaret çəkdiyini etiraf edərək bunları söyləyib:

"15 il əvvəl bir restoranda şou-proqramda təşəbbüs irəli sürdüm ki, səhnədə oxumaqla kimliyimi göstərə bilmirəm. İnsanlar mənim mənəvi kimliyimi tanımalıdırlar. İlk mənəvi kimliyimi mahnılarla təqdim etdim. Oxuduğum mahnılar yaşadıqlarımın özüdür. 45-46 ildir oxuyuram. Etiraflar etməkdən qorxmuşam. Bu yaşda qorxmağın mənası yoxdur. Bir ayağım gordadır. Nə qədər siqareti saxlamaq olar. Saxladım şəkər oldum, dünyadan köçənlərim oldu. 

"Desəm öldürərlər" qorxusu ilə yaşayırdım. Bundan sonra qorxmayacam. Eqoistəm, pis xasiyyətim var. Düz danışanda inanmadılar, yalan danışdım inandılar. Sevdim, sevgimə də inanmadılar, sonra qayıtdılar".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.