Şou-biznes

Xalq artisti biabır etdi: “Pul verib efirə çıxır”

18 Sentyabr 2018 17:24
3 Şərh     Baxış: 2 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Milli Musiqi günüdür.

Milli.Az xəbər verir ki, xalq artisti, tanınmış bəstəkar Oqtay Rəcəbov yenicag-a danışaraq musiqimizin hazırkı durumundan narahatlığını dilə gətirib.

Bayağı mahnıların və qeyri-peşəkar müğənnilərin təbliğ olunduğunu deyən bəstəkar telekanalları günahlandırıb:

"Bu gün peşəkar bəstəkarlar, müğənnilər qalıb bir qıraqda, qeyri-peşəkarlar ortaya düşüb, efirlərdə təbliğ olunur. Onları bütün günü efirdə görən tamaşaçı da həmin müğənniləri səviyyəli sənətçi kimi qəbul edir. Gənc nəsildən soruşsan, çoxu Üzeyir Hacıbəylini, Qara Qarayevi, Fikrət Əmirovu tanımayacaq. Lakin qeyri-peşəkar müğənnilərin adlarını çəkəcək. Bu da mədəniyyətimizin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Belə müğənniləri efirlərə buraxmaq cinayətdir. Çünki insanların zövqlərini korlamaqla məşğuldurlar. Hər kəs yaxşı bilir ki, onlar efirə pul verib çıxır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.