Şou-biznes

Xalq artisti "qara siyahı"dan çıxdı

18 Sentyabr 2018 18:32
1 Şərh     Baxış: 3 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Naibə Allahverdiyeva ATV-nin "qara siyahı"sından çıxıb.

Milli.Az xəbər verir ki, baku.ws-ə özəl açıqlama verən aktrisa bildirib ki, tezliklə ATV-də yayımlanacaq layihədə o da yer alıb:

"Sənət dostlarımla bərabər yeni "Məhəlləmiz" adlı tamaşa formatında layihədə mən də iştirak edirəm. Layihə tezliklə ATV-də yayımlanacaq".

Sənətkar uzun müddətdir ATV-də görünməməyinin səbəbini açıqlayıb:

"Yəqin ki, "qara siyahı"da olmuşam. Sağ olsun yeni rəhbərlik, bu qadağanı aradan qaldırdı. Onlara təşəkkürümü bildirirəm".

Xatırladaq ki, aktrisa Naibə Allahverdiyeva 2015-ci ildə ATV-də yayımlanan "Qardaşlar" serialında Natella obrazını canlandırırdı. O, serialı yarımçıq tərk etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.