Şou-biznes

Vüsalə Əlizadə türklərlə iş birliyi qurdu

18 Sentyabr 2018 14:37
9 Şərh     Baxış: 4 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Vüsalə Əlizadə yeni mövsümdə yeni verilişlə tamaşaçıların qarşısına çıxacaq. 

Milli.Az xəbər verir ki, baku.ws-ə açıqlama verən aparıcı yeni layihəsi haqda bunları deyib:

"Yeni verilişim Türkiyənin məşhur "Renk Medya" şirkəti tərəfindən ərsəyə gətiriləcək. Bu şirkət Azərbaycanda bu vaxta kimi "Məni yarımdan soruş", "Bu stil mənim" kimi maraqlı verilişlər hazırlayıb. 

Mart ayında onlardan mənə təklif gəldi. Görüşdük, danışdıq və hazırlıqlara başladıq. O vaxt hələ bu haqda danışmaq istəmirdim, çünki düşünürdüm ki, birdən alınmaz. 4 il iki fərqli formatda davam edən "Qadına görə" verilişini, hələ ki, bağlamışıq. O layihə mənə məxsusdur və gələcəkdə ehtiyac olarsa, davam etdirə bilərəm. Qadınlara yayarlı olacaq verilişlər hazırlamaq mənə zövq verir. 

Yeni layihədə bir çox məqamlara toxuncağıq. Düşünürəm ki, çox maraqlı olacaq. Azərbaycan xanımları çox gözəldir, sadəcə olaraq, daha da baxımlı olmaq üçün bir az çalışmalıdırlar. Əslində, az büdcə ilə də baxımlı olmaq mümkündür. Bir bəy də verilişimizə baxıb, bir xanımın gözəlliyini önə çıxaracaq şərtləri öyrənə bilər. Münsiflərimiz isə stilist Elnur Həsənov və modelyer Gülnarə Xəlilova olacaq. Verilişə Türkiyənin məşhur simalarının gəlişi də gözlənilir". 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.