Şou-biznes

"Saqqal saxlayıb, bığını qırxıb və balağını qısaldıb?" - Sevgilisinin vəhabi olması iddialarına cavab verdi - VİDEO

17 Sentyabr 2018 16:34
47 Şərh     Baxış: 28 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeni ulduz" müsabiqəsi ilə tanınan müğənni Elnar Xəlilov evlənir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, şairə Aysel Nəcəfli ilə ailə qurmaq qərarına gəlib. 

Cütlüyün elçilik mərasimi 6 sentyabr tarixində baş tutub. Elnar iki gün əvvəl İnstaqram-da sevgilisinə evlilik təklifi edən videosunu paylaşıb. 

"Uzun müddət ərzində bir dəfə də olsun ki, əlindən tutmadım. Aramızda kirli düşüncələr olmadı, bir-birimizi saf sevdik. Barmağım belə sənə toxunmadı. Amma çox istərdim ki, əlindən tutaraq üzüyü taxım. Amma halalım deyilsən. Qarşında diz çökmüyəcəm, çünki sən də bunu diləmirsən. Üzüyü özün barmağına tax" - Elnar bildirib.  

Aysel isə həmin videonu səhifəsində paylaşaraq xoşbəxt olduğunu bildirib. O, daha sonra elçilik zamanı lentə alınan görüntüləri sosial şəbəkədə yayaraq belə şərh yazıb:

"Elnar bəylə, hələ ki, haram olduğu üçün tortu bərabər kəsmədik. Mən də anasına tortu verim. Elnar da baxa-baxa qaldı. Kəbini kəsdirim, mən də toyda tort yeyərəm".

Cütlüyün paylaşdığı videolar sosial şəbəkəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçiləri Elnar və Ayseli tənqid ediblər, onların paylaşımlarını birmənalı qarşılamayıblar. 

Elnar da İnstaqram səhifəsində onları tənqid edənlərin şərhini paylaşaraq cavab verib. Gəlinin vəhabi olduğunu iddia edənlərə isə "Hardan bu qənaətə gəldiz? Saqqal saxlayıb, bığını qırxıb və balağını qısaldıb? İçiniz rahat olsun, xanım şiədir", - deyə bildirib. 

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.