Şou-biznes

Manaf Ağayev: "Obyektlərim var" - Açıqlama

14 Sentyabr 2018 17:22
6 Şərh     Baxış: 6 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Manaf Ağayev haqqında danışılan söz-söhbətə son qoyub. 

Milli.Az xəbər verir ki, sia-ya açıqlama verən ifaçı bunları deyib: "Hər kəsə bəllidir ki, sənətçilərin Azərbaycanda gəlir yeri toylardır. Amma bir çox insanlardan eşidirəm ki, guya müğənnilikdən başqa da işlərlə məşğul oluram, obyektlərim var. Yalandır.

Onu da qeyd edim ki, əksəriyyət evimi efirlərdə görəndən sonra məni varlı müğənni kimi qələmə verib. Ona görə də verilişlərin mənzilimdə çəkiliş aparmasına etiraz edirəm. Nə qədər gəlir əldə etdiyimi müzakirə edən şəxslər də anlamır ki, illərdir səhnədəyəm. Əlbəttə evim, maşınım olmalıdır. Bütün qazandıqlarımı alın təri ilə əldə etmişəm".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.