Şou-biznes

Müğənnilərdən MTRŞ-ə müraciət: verilişlərə nəzarət olunsun

14 Sentyabr 2018 15:35
10 Şərh     Baxış: 2 850

Ötən gün müğənni Nura Surinin verilişlər və aparıcılarla bağlı yazdığı "Facebook" statusu rezonans doğurub.

Milli.Az oxu.az-a istinadən  xəbər verir ki, ifaçı ikinci dəfə bununla bağlı paylaşım edib.

"Bu reytinqi nəyə əsasən təyin edirlər? Kim edir? Necə olur ki, dünən yazdığım statusa bu qədər adam şərh yazır və hamı dəstəkləyir. Deməli, hamı efirlərdəki vəziyyətdən narazıdır. MTRŞ-ə bir çox müğənnilərin adından müraciət edərək xahiş edirik ki, bu barədə ölçü götürülsün və müvafiq qaydalar tətbiq olunsun. Milli-mənəvi dəyərlərimizə zidd, uşaqlarımızın mənəviyyatını korlayan bəzi proqramlara, eləcə də, verilişlərin məzmununa nəzarət olunsun", - deyə paylaşım edən Nuraya sənət dostları da dəstək çıxıb.

Onlar Milli Televiziya və Radio Şurasına müraicət edərək mənəviyyatı korlayan proqramların televiziyalardan yığışdırılmasını və onlara nəzarət olunmalarını istəyiblər.

Əməkdar artist Lalə Məmmədova "Nə təhsilləri var, nə tərbiyələri, nə musiqi anlayışları, nə də dünya görüşləri. Ancaq millətə əxlaq, mənəviyyat dərsi keçirlər. Vay halımıza ki, bizi layiqsizlər təmsil edir. Müvafiq qurumların bunu görməzdən gəlməsi mənəviyyatımıza ən böyük zərbədir", - deyə "Instagram"da yazaraq Nuraya dəstək olub.

Müğənnilər Günay İbrahimli, Elnarə Xəlilova, Səidə Sultan, Nadir Qafarzadə, Kərim Abasov, Elvin Abdullayev də sosial media hesablarında Surini dəstəkləyərək bəzi proqramların efirlərdən yığışdırılmasını istəyiblər.

Qeyd edək ki, müğənnilər bundan öncə də radiolara nəzarət edilməsi barədə MTRŞ-ə müraciət etmişdi.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Narmina · 14 Sentyabr 15:39150

    Ogru dogru meseline döndü lap. Cox maraqlidir bunlar kimden kime muraciet edirler

    Cavab yaz
  • Anonim
    hm · 14 Sentyabr 15:4330

    o şəkildə bir nəfər var ee, o da ?

    Cavab yaz
  • Anonim
    IMF · 14 Sentyabr 15:5391

    Verilishleri ozleri berbad veziyyete qoyurlar,ozleride shikayet edirler)))

    Cavab yaz
  • Anonim
    ff · 14 Sentyabr 16:11110

    nezaret olunsa siz gerek efire hesret qalasiz..cunki siz miqenniciklersiz her weyi berbad gune qoyan

    Cavab yaz
    • Anonim
      Kamran · 14 Sentyabr 17:1640

      Bunların yerine men utandım özleride efirden yıqışmalıdırlar

      Cavab yaz
  • Anonim
    Roker · 14 Sentyabr 16:5670

    ff tamamile duz deyir. Nezaret olunsun ve manis tayfasi, dushuk verlishler ve dushuk apaicilar efirden uzaqlashdirilsin. Bunlarda yaxshi shikayet edibler ozlerinden. Molodets. Ciddi verlishler, siyasi, iqtisadi, medeni verlishler ve tok shoulara yer verilsin tv lerde. Dushuk seher shoularina son.

    Cavab yaz
  • Anonim
    Gunel · 14 Sentyabr 19:5110

    Efirlerimiz dehwetdi

    Cavab yaz
  • Anonim
    ayan · 14 Sentyabr 21:3310

    IMF qardas sozune quvvet ozleri berbad veziyyete qoyurlar,ozleride shikayet edirler)) bugun ıkı corek yeyrılersen bu efırlerden yeyırler yoxsa xammı ac utanmadan danısıplar

    Cavab yaz
  • Anonim
    ayan · 14 Sentyabr 21:3410

    verilişlərə nəzarət olunsa Nurayı verilişlərə qoymazlar

    Cavab yaz
  • Anonim
    ŞAH · 16 Sentyabr 14:5810

    HÖRMƏTLİ QARDAŞLARIMIZ --BACILARIMIZ --SİZ BİR RADİO KANALLARA FİKİR VERİN MƏNASIZ VERLİŞLƏR UZUN--UZADI MUSİQİ---CINQ--CİNQ --DRINQ--DRINQ ---NİYƏ VƏTƏNPƏRVƏRLİK AŞILAMIRIQ TORPAQ DƏRDİMİZDƏN DANIŞMIRIQ--BALALARI --VƏTƏNDAŞLARIMIZI BƏS NECƏ TƏBLIĞAT EDİB DƏRDLƏRİMİZİ BAŞA SALMALIYIQ --MİLLİ AZ ƏVVƏLCƏDƏN SİZƏ TƏŞƏKKÜR EDİRƏM ---DÜŞMƏN ÖLKƏNİN RADİOSU BÜTÜN GÜNÜ QARABAG--TORPAQ--TURK--DEYİR NİFRƏT AŞILAYIR.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.